Rubio: ABŞ Koreya yarımadasında böhran və ya müharibə yaratmağa çalışmır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Koreya yarımadasında hər hansı böhran və ya müharibənin yaranmasında maraqlı deyil.
ABŞ dövlət katibi Marko Rubio bu barədə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
“Biz orada böhran yaratmağa çalışmırıq. Müharibə və ya başqa problemli vəziyyət yaratmaq niyyətimiz yoxdur”, – deyə Rubio vurğulayıb.
Dövlət katibinin sözlərinə görə, Vaşinqtonun Şimali Koreya ilə bağlı hərbi strategiyasında, eləcə də Cənubi Koreyada yerləşdirilən qüvvələrin sayında və dislokasiyasında hər hansı dəyişiklik nəzərdə tutulmur.
“Xeyr, bizim oradakı doktrinamız dəyişməz olaraq qalır”, – deyə Rubio qeyd edib.
O əlavə edib ki, ABŞ və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədə davam edir.
“Ordularımız arasında çox güclü münasibətlər mövcuddur”, – deyə ABŞ diplomatiyasının rəhbəri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 03 İyun 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















