Icma.az
close
up
RU
Rubio ABŞ nin Venesuela üzrə planlarını açıqladı: Bu, müharibə yox, idarəetmədir

Rubio ABŞ nin Venesuela üzrə planlarını açıqladı: Bu, müharibə yox, idarəetmədir

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

O, "NBC News"un "Meet the Press" proqramına verdiyi müsahibəsindədə vurğulayıb ki, ABŞ Venesuela dövləti ilə müharibə aparmır.
“ Biz Venesuela ilə deyil, narkotik alveri ilə məşğul olan təşkilatlarla mübarizə aparırıq ”, – deyən Rubio əlavə edib ki, Vaşinqtonun əsas məqsədi ABŞ-nin milli maraqlarının qorunmasıdır.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qərb yarımkürəsindəki rəqiblərinin, o cümlədən İranın və onunla əlaqəli “Hizbullah” təşkilatının fəaliyyət mərkəzinə çevrilə biləcək bir dövlətin formalaşmasına yol verməyəcək. Rubio açıq şəkildə bildirib ki, ABŞ Venesuelanı “müəyyən siyasi məcraya yönəltmək” istəyir və bunu həm amerikalılar, həm də Venesuela xalqı üçün faydalı hesab edir.
Rubio əsas məqsədin narkotik alverinə son qoyulması, xarici hərbi və kəşfiyyat mövcudluğunun aradan qaldırılması, habelə neft sektorunun ABŞ-nin rəqiblərinin dəstəklənməsi niyyətilə istifadəsinin qarşısının alınması olduğunu qeyd edib. Eyni zamanda o, ölkədə Amerika qoşunlarının olmadığını vurğulayıb və əməliyyatın işğal xarakteri daşımadığını, Konqresin təsdiqini tələb etmədiyini bildirib. Onun sözlərinə görə, bu proses “hüquq-mühafizə tədbirləri çərçivəsində” həyata keçirilib.
ABŞ dövlət katibi Venesueladakı vəziyyətin İraq, Liviya və ya Əfqanıstanla müqayisə edilməsini də qəti şəkildə rədd edərək, bu cür paralelləri əsassız adlandırıb. “Bura Qərb yarımkürəsidir. Biz burada yaşayırıq və onun rəqiblərimiz üçün əməliyyat bazasına çevrilməsinə imkan verməyəcəyik”, – deyə Rubio bəyan edib.
Bu arada The Washington Post qəzeti Tramp administrasiyasının Venesuela üzrə xüsusi nümayəndə təyin etmək imkanını nəzərdən keçirdiyini yazır. Məlumata görə, həmin nümayəndə ölkənin idarə olunması məsələlərində Rubioya dəstək göstərəcək. Vaşinqtondakı mənbələr bildirirlər ki, Rubio hazırda karyerasında bəlkə də ən mürəkkəb rolu – Venesuelada ABŞ siyasətinin faktiki koordinatoru funksiyasını üzərinə götürməlidir. Bu, neft aktivlərinin bölüşdürülməsi, sanksiya siyasətinin formalaşdırılması və yeni hakimiyyət sisteminin qurulması kimi məsələləri də əhatə edir.
Səbinə Həsənova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri