Rubio: ABŞ Vaşinqton sülh sammitinin məqsədlərinə sadiqdir
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Dövlət katibi Marko Rubio Birləşmiş Ştatların Vaşinqton sülh sammitinin məqsədlərini irəlilətməyə sadiq olduğunu bildirib.
"Report"un məlumatına görə, Dövlət Departamentinin rəhbəri bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının parlament seçkilərində qələbəsindən sonra "X" sosial şəbəkəsində yazıb.
"Biz tarixi Vaşinqton sülh sammitinin məqsədlərini irəlilətməyə, o cümlədən "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu"nun (TRIPP) reallaşdırılmasına sadiqik. Cənubi Qafqaza və onun hüdudlarından kənara sülh, sabitlik və rifah gətirmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik", - Rubio qeyd edib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası seçicilərin 49,83 % səsini toplayıb.
İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan "Güclü Ermənistan" Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 9,93 % səs alıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 09 İyun 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















