Rubio AÇIQLADI: Türkiyəyə onlar da gedir KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə İstanbulda keçiriləcək danışıqlara ölkəsinin yüksək rütbəli nümayəndə heyətini göndərəcəyini bəyan edib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, nümayəndə heyətinə ABŞ dövlət katibi Marko Rubbio və digər vacib fiqurlar daxil olacaq.
Tramp bildirib ki, danışıqların nəticələri ilə bağlı nikbindir və “yetərincə yaxşı nəticələr” gözlədiyini deyib:
“Biz prosesin nəticə verməsini istəyirik. Dövlət katibi Rubbio və bir neçə yüksək səviyyəli nümayəndəmiz İstanbulda keçiriləcək görüşlərdə iştirak edəcək. Ümid edirik ki, bu görüş sülhə gedən yolun başlanğıcı olacaq”.
Hazırda Rusiya və Ukrayna tərəflərinin danışıqlarda iştirak məsələsi tam dəqiqləşməyib. Kremlin danışıqlara münasibəti ehtiyatlı qalır, Zelenski isə Ankaraya səfərə hazırlaşır və sülh masasında birbaşa Putini görmək istədiyini bəyan edib.
Vaşinqtonun bu prosesə yüksək səviyyəli diplomatlarla qoşulması isə danışıqlara beynəlxalq diqqətin artdığını göstərir.
Natiq Səlim
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 13 May 2025 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















