Rubio Aİ XİN rəhbərləri ilə Ukrayna münaqişəsinin həllini müzakirə edib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 26 avqust, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Finlandiya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə telefon danışığı zamanı Ukrayna böhranının həllini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, söhbətdə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas da iştirak edib.
Söhbət zamanı tərəflər Ukrayna böhranının həlli üçün diplomatik səylər çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Ukrayna münaqişəsi həllini taparsa... Rubio
26 Fevral 2025 01:43
Vals Orban müşaviri ilə Ukrayna münaqişəsinin həllini müzakirə edir
16 Aprel 2025 22:22
Aİ Ukrayna ilə əlaqədar XİN rəhbərləri səviyyəsində iclas keçirəcək
11 Avqust 2025 14:35
Ukrayna və Rumıniya XİN rəhbərləri nələri müzakirə edib?
08 Avqust 2025 07:16

