Rubio: Çin Tayvanın dinc yolla Pekinin nəzarətinə keçməsini istəyir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 14 may, AZƏRTAC
Çin hakimiyyəti Tayvanın dinc yolla Pekinin nəzarətinə keçməsini istəyir.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bunu “NBC News” telekanalına müsahibəsində deyib. “Düşünürəm ki, Pekin Tayvanın könüllü şəkildə Çinə birləşməsini üstün tutur. İdeal dünyada onlar bunun səsvermə və ya referendum yolu ilə həllini arzulayardılar”, - deyə Birləşmiş Ştatların Dövlət katibi bildirib.
Marko Rubio, eyni zamanda, vurğulayıb ki, Tayvan məsələsinin güc yolu ilə həllinə çalışmaq “dəhşətli bir səhv olardı” və bütün dünyada mənfi nəticələrə gətirib çıxarardı.
Bu mövzuda digər xəbərlər:Çin oyun qaydalarını müəyyənləşdirmək istəyir Pekinin planı nədir?
18 Aprel 2026 16:49
Çin Ukrayna ilə Tayvanın müqayisəsinə qarşıdır
21 May 2025 11:28
Si Cinpin: Çin Tayvanın müstəqilliyinə dözməyəcək
10 Aprel 2026 12:44
Çin Tayvanın hərbi təlimlərini tənqid edib
14 Avqust 2026 12:55
Çin Tayvanın iki nazirinə sanksiyalar tətbiq etdi
07 Yanvar 2026 11:07
Baxış sayı:140
Bu xəbər 14 May 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















