Rubio çinli həmkarı ilə Si Cinpinin ABŞ yə səfər hazırlığını müzakirə edib
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Çin Sədri Si Cinpinin ABŞ-yə sentyabr ayında planlaşdırılan səfəri Çinin xarici işlər naziri Van İ və ABŞ-nin dövlət katibi Marko Rubionun Maniladakı danışıqlarının əsas mövzularından biri olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rubio və Van İnin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) xarici işlər nazirlərinin görüşü çərçivəsindəki danışıqları təxminən saatyarım davam edib.
M.Rubionun sözlərinə görə, tərəflər Si Cinpinin Vaşinqtona qarşıdakı səfərinə hazırlığı, eləcə də uğurlu danışıqların əsası ola biləcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
O qeyd edib ki, Vaşinqtonla Pekin arasında fikir ayrılıqları qalmaqdadır, lakin hər iki tərəf onların həlli üzərində işləmək və əməkdaşlıq yollarını axtarmaq niyyətindədir.
Öz növbəsində, Van İ iki ölkə liderlərinin əldə etdiyi razılaşmalara əməl edilməsinin, ikitərəfli münasibətlərdəki maneələrin aradan qaldırılmasının və əldə olunmuş konsensusun praktiki şəkildə reallaşmasına nail olmağın zəruriliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 22 İyul 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















