Rubio da Kiyevə qəzəblənib “Müharibə ona görə bitməlidir ki…”
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyanın ballistik raket buraxılışları ilə bağlı Kiyevin məlumatının olmaması ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini dayandırması ilə bağlı deyil.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Özbəkistana səfəri zamanı jurnalistlərə deyib.
Kiyevə qarşı qəzəbini gizlədə biməyən Rubio ABŞ-nin Ukraynaya raket zərbələrindən xəbərdar etmək üçün kəşfiyyat məlumatlarını ötürmədiyi barədə xəbərləri təkzib edib. Xatırladaq ki, bunu birbaşa Ukrayna Prezidenti Volodimir Zelenskinin özü demişdi.
"Ukrayna hökuməti ilə əlaqəli birinin ABŞ-nin onlara məlumat verməkdən imtina etməsi səbəbindən Ukraynadakı insanların öldüyünü iddia etdiyini gördüm. Bu, qalmaqaldır. Bu, hiddətləndiricidir. Bu, sadəcə doğru deyil. Bu, həqiqətə uyğun deyil. İdentifikasiya ilə bağlı problemlərin olması, onların verdiyi məlumatların əldə edilməsində, sistemləşdirilməsində və cavablandırılmasında daxili çətinliklərin olması ehtimalına gəldikdə isə bu mümkündür. Biz bunu araşdırırıq. Amma başa düşdüyümüz qədər, oktyabrın 13-də və 18-də baş verənlər texniki məsələ idi", - deyə Rubio iddia edib.
O, həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya qəsdən zərər vermək niyyəti ilə hərəkət etdiyinə dair iddialara reaksiya verir. Rubio bu cür açıqlamaların yalan və Trampa qarşı ədalətsiz olduğunu iddia edib.
Dövlət katibi Ukraynadakı müharibənin niyə bitməli olduğunun səbəblərini də sadalayıb:
"Bu müharibənin bitməsinin səbəblərindən biri çox insanın ölməsidir. Bu müharibənin bitməsinin səbəblərindən biri Ukraynanın elektrik şəbəkəsinin dağılmasıdır. Bu müharibənin bitməsinin səbəblərindən biri hər ay 20.000-25.000 rusiyalının Ukraynanın daha dərinliyinə doğru irəliləməyə çalışarkən ölməsidir. Bütün bunlar pis şeylərdir. Kütləvi ölümlər, dağıntılar, Kiyevdə mülki şəxslərin ölümü".
“AzPolitika.info”
Baxış sayı:53
Bu xəbər 20 Oktyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















