Rubio: Döyüşlər dayandırılmayana qədər Ukraynada müharibənin bitməsi ilə bağlı danışıqlar başlaya bilməz
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəbhədə aktiv döyüşlər dayandırılmayana qədər Ukraynada müharibənin dayandırılması ilə bağlı substantiv danışıqlar başlaya bilməz.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “CBS News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ-nin Ukraynada sülhə nail olmaq strategiyası “A planı” və “B planı” adlandırdığı iki əsas mərhələni əhatə edir.
“A planı atəşi dayandırmaqdan ibarətdir. B planı isə bu müharibəni əbədi olaraq sona çatdırmaq məqsədilə bir yol tapmaq üçün masa arxasına keçməsidir”, - Rubio vurğulayıb.
O, etiraf edib ki, Amerika planının ikinci mərhələsini həyata keçirmək asan deyil.
Lakin Rubio əmindir ki, birinci mərhələ başa çatmayana qədər ikinciyə yaxınlaşmaq mümkün olmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 Mart 2025 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















