Rubio: Hərbi əməliyyatlar başlayandan 9 min amerikalı bölgəni tərk edə bilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqton, 4 mart, AZƏRTAC
“ABŞ Dövlət Departamenti son 72 saatda olduğu kimi, hazırda da Yaxın Şərqdəki amerikalıların yola düşməsinə kömək etmək planlarını fəal şəkildə həyata keçirir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. O bildirib ki, hərbi əməliyyatlar başlayandan 9 min amerikalı bölgəni tərk edə bilib.
“Çıxışla bağlı kömək istəyən təxminən 1500 amerikalı var. Çarter reysləri, hərbi təyyarə ilə daşınma variantları və genişləndirilmiş kommersiya uçuş variantlarını müəyyən etmişik. Əmin olun, hər bir amerikalıya kömək edə biləcəyimizə əminik. Hava məkanının bağlanmasına nəzarət etmədiyimiz üçün bir az vaxt lazım olacaq”,- deyə Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:265
Bu xəbər 04 Mart 2026 04:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















