Rubio: İran İsrail və Livan arasındakı danışıqlara mane olur
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Çərşənbə axşamı ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, İran İsrail və Livan arasındakı diplomatik səylərə "mane olmağa" və bu prosesə müdaxilə etməyə çalışır ki, gələcəkdə razılıq əldə olunacağı təqdirdə bu uğuru öz adına çıxsın.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
«Biz Livan və İsrail arasındakı danışıqlara İrandan ayrı və müstəqil bir proses kimi baxmağa çalışırıq, İran isə hər şeyi bir araya qatmaq istəyir», — deyə Rubio ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində qanunvericilərə bildirib.
«(İran) İsrail və Livanın birlikdə işləyə biləcəyi hər hansı bir səyin qarşısını almağa və bu prosesi uzatmağa çalışır. Bu, onun üçün edilir ki, gələcəkdə hər hansı bir məqamda razılaşma əldə olunarsa, məhz öz təsirləri sayəsində buna nail olduqlarını iddia edə bilsinlər», — deyə Rubio əlavə edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 03 İyun 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















