Icma.az
close
up
RU
Rubio köməkçisini Azərbaycana niyə göndərib?

Rubio köməkçisini Azərbaycana niyə göndərib?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Azərbaycana səfərə gəlib. 

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. ABŞ rəsmisinin səfəri mayın 31-də başlayıb və iyunun 3-dək davam edəcək. Səfərin əsas məqsədi iqtisadi, enerji və biznes sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsidir. 

Qeyd edək ki, Kaleb Orrun Azərbaycana səfəri Tramp administrasiyasının Cənubi Qafqaza maraqlarının artması ilə bağlıdır. ABŞ-nin Dövlət katibi Marko Rubionun mayın 27-də Ermənistana səfərindən dərhal sonra öz köməkçisini Azərbaycana göndərməsi regionun geosiyasi və geoiqtisadi potensialının Vaşinqton üçün strateji əhəmiyyət kəsb etməsindən xəbər verir. 

Xüsusilə də Azərbaycanla Ermənistan arasında formalaşan sülh mühiti və sabitlik çoxşaxəli enerji layihələrinin, nəqliyyat-ticarət marşrutlarının yaradılması üçün yeni imkanlar açıb. Bu da öz növbəsində, bölgəni xarici investorlar üçün cəlbedici edir. 

Kaleb Orrun Bakıya səfəri ABŞ-nin Azərbaycan üzərindən regional enerji, logistika, müxtəılif sahələr üzrə infrastrukturun qurulması və ticarət əməliyyatlarının həyata keçirilməsində maraqlı olduğunu göstərir. 

Azərbaycan yaxın gələcəkdə Avropa və Çin arasında əsas nəqliyyat-ticarət maşrutuna çevriləcək Orta Dəhlizin üzərində yerləşməklə Trans-Xəzər nəqliyyat dəhlizinin keçid qapısı rolunu oynayır. Bu kontekstdə Cənubi Qafqazda və Mərkəzi Asiyada maraqları olan böyük dövlətlər Azərbaycanla əməkdaşlığa üstünlük verir. 

Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın təşəbbüsünün ABŞ tərəfindən dəstəklənməsi də bununla bağlıdır. Ona görə də yaxın perspektivdə Azərbaycanla ABŞ arasında əhəmiyyətli biznes layihələrinin həyata keçirilməsi ilə bağlı razılaşmaların əldə olunması gözləniləndir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Rubio Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyun 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri