Rubio: Maduronu dəfələrlə getməyə çağırdıq, amma o “axmaqlıq etdi” VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ xüsusi təyinatlılarının əməliyyatından xeyli əvvəl Nikolás Maduronu Venesuelanın legitim prezidenti kimi təkcə ABŞ yox, bir çox ölkə tanımırdı.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio dünən keçirilən mətbuat konfransında bildirib.
Rubionun sözlərinə görə, Maduraya vəzifədən getməsi üçün “çox-çox səxavətli təkliflər” irəli sürülüb və onun zorakı şəkildə hakimiyyətdən uzaqlaşdırılmasının qarşısını almaq imkanı olub.
“Amma o, özünü vəhşi kimi aparmağı, axmaqlıq etməyi seçdi və nəticəni gördük… Ümid edirəm, insanlar indi başa düşür ki, ABŞ-ın 47-ci prezidenti oyun oynamır. O, nəsə edəcəyini deyirsə edir”, — deyə Rubio vurğulayıb.
O xatırladıb ki, ABŞ-da Maduronun tutulmasına gətirib çıxaracaq məlumat üçün 50 milyon dollar mükafat elan edilmişdi.
“Düşünürəm ki, biz 50 milyon dollar qənaət etdik”, — deyə Rubio zarafat edib.
Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp deyib:
“Buna əmin olun. Heç kəsin həmin pula iddia qaldırmasına imkan verməyin. Bu pul bizdən başqa heç kimə düşmür”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 04 Yanvar 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















