Rubio Ukraynada sülhün niyə ləngidiyini açıqladı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin hərbi yolla həllinin olmadığını və prosesin danışıqlarla başa çatmalı olduğunu bildirib.
Oxu.Az "Kommenrsant"a istinadən xəbər verir ki, o, Vaşinqtonun Kiyevə silah tədarükünü dayandırmadığını, lakin yeni yardım paketlərinin hazırlanması barədə hələ qərar qəbul edilmədiyini qeyd edib.
"Ukrayna məsələsinə gəldikdə, hamımızın razı ola biləcəyimiz bir məqam var: Bu böhranın hərbi həlli yolu yoxdur. O, danışıqlarla nəticələnməlidir. Ukraynada qarşılaşdığımız əsas problem budur ki, Rusiya hazırda malik olmadığı və heç bir hüququnun çatmadığını istəyir. Ukrayna isə hərbi yolla geri qaytara bilmədiklərini arzulayır. Problemin mahiyyəti də budur", - deyə Rubio Senatdakı dinləmələr zamanı açıqlayıb.
Eyni zamanda o, ABŞ-nin müttəfiqlərlə birlikdə Ukraynaya "Patriot" zenit-raket komplekslərinin ötürülməsi üzərində işlədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 20 May 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















