Rubio və Uitkoff arasında Ukrayna ilə bağlı danışıqlar səbəbindən fikir ayrılığı yaranıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio ilə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Rusiya və Ukrayna ilə bağlı danışıqlar mövzusunda ciddi fikir ayrılıqları yaranıb.
"Report" "NBC News"a istinadən xəbər verir ki, bu barədə diplomatik və siyasi dairələrdəki mənbələr bildiriblər.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının iki yüksək vəzifəli rəsmisi Rusiya–Ukrayna müharibəsinin uğurlu nəticəsini fərqli şəkildə görürlər. Rubio hesab edir ki, sülhə nail olmaq üçün Rusiyaya hərbi və iqtisadi təzyiqi artırmaq lazımdır, Uitkoff isə daha çox Ukraynanın güzəştlərə getməsini dəstəkləyir.
Mənbələrə əsasən, Rubio Cenevrədə Ukrayna nümayəndələri ilə görüşdə iştirak etməyi planlaşdırırdı, lakin Uitkoff dövlət katibindən əvvəl ora gedərək onun iştirakı olmadan danışıqları aparmağa çalışıb. Buna baxmayaraq, Rubio vaxtında Cenevrəyə çataraq danışıqlarda iştirak edib. Oxşar vəziyyət apreldə Fransa Prezidenti Emmanuel Makronla görüş zamanı da yaşanıb.
"NBC News"nin məlumatına görə, Dövlət Departamentində Uitkoff rabitə təhlükəsizliyinə laqeyd yanaşdığı üçün tənqid olunur. Mənbələrdən biri onu "diplomatiyada diletant" və "Rusiya üçün hədiyyə" adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 23 Dekabr 2025 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















