Icma.az
close
up
RU
Rubio və Vitkoffun Londona səfərdən imtina etməsi Ukrayna görüşünün əhəmiyyətini azaldır

Rubio və Vitkoffun Londona səfərdən imtina etməsi Ukrayna görüşünün əhəmiyyətini azaldır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

"Avropa ölkələrinin çərşənbə günü Londonda Ukrayna danışıqlarında öz rollarını nümayiş etdirmək cəhdi tam məyusluqla başa çatacaq".

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.

Nəşr xatırladır ki, əsas amerikalı danışıqlarçılar - dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff Londonda fransalı, britaniyalı və ukraynalı həmkarları ilə görüşdə iştirak etməyəcəkləri məlum olub. Qəzet qeyd edir ki, bu, əvvəllər Avropada onun danışıqlar masası arxasında olmasının çoxdan gözlənilən təsdiqi kimi qəbul edilən tədbirin əhəmiyyətini kəskin şəkildə azaldır. İclasda ABŞ-ı Ukrayna və Rusiya üzrə xüsusi elçi Keyt Kelloq təmsil edəcək.

"FT" yazır ki, ABŞ-ın Krım üzərində Rusiyanın suverenliyini tanıması Avropa İttifaqında və xüsusilə NATO-da ciddi diplomatik böhrana səbəb ola bilər. Qəzet qeyd edir ki, bu, danışıqlarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər, çünki Avropalı NATO üzvləri ABŞ-ın alyansdan çıxmasının qarşısını almaq üçün “prinsipləri və ABŞ prezidenti Donald Trampla münasibətləri korlamamaq istəyi” arasında seçim etməli olacaqlar.

Britaniyanın “The Daily Telegraph” qəzetinin məlumatına görə, Londonda keçiriləcək görüşdə ABŞ yeddi bənddən ibarət nizamlanma planını təqdim edəcək.

Nəşrin mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton dərhal atəşkəs, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar, Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi, Rusiyanın Krım üzərində və 2022-ci ildən işğal edilmiş ərazilər üzərində de-fakto suverenliyinin ABŞ tərəfindən tanınmasını təklif edəcək. Plana həmçinin Zaporojjya AES-in ABŞ-ın nəzarətinə keçməsi, Kiyev və Vaşinqtonun mineral ehtiyatlara dair saziş imzalaması, ABŞ-ın Rusiyaya qarşı bütün sanksiyalarının götürülməsi, ABŞ və Rusiya arasında enerji sahəsində əməkdaşlığa başlanması daxildir.

Londondakı görüşdən əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Financial Times” qəzetinə verdiyi şərhdə Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsi ilə bağlı danışıqları çətin və vaxt aparan adlandırıb. O, həmçinin xəbərdarlıq edib ki, bu prosesdən dərhal nəticə gözləmək olmaz.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri