Rubiodan müharibə açıqlaması: “Əsas məsələ Donbasdır”
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas məsələsinin Donbas olduğunu bildirib. Onun sözlərinə görə, Moskva bu ərazini ələ keçirmək istəyir, lakin buna hərbi yolla nail ola bilməyib.
Turkustan.az xəbər verir ki, Rubio bu barədə mətbuat konfransında danışıb.
“Bu müharibə Donbasla bağlıdır. Söhbət Rusiyanın ələ keçirmək istədiyi, lakin hərbi yolla əldə edə bilmədiyi ərazidən gedir. Bu, ölkənin təxminən 11 faizini təşkil edir. Ukrayna isə həmin ərazidən imtina etmək istəmir. Bunun suverenlik və uzunmüddətli təhlükəsizlik baxımından əsaslı səbəbləri var”, – dövlət katibi bildirib.
Rubionun fikrincə, müharibəni yalnız hərbi yolla başa çatdırmaq mümkün deyil. O, münaqişənin həlli üçün diplomatik danışıqlara və hər iki tərəfin müəyyən güzəştlərə getməsini nəzərdə tutan kompromisə ehtiyac olduğunu vurğulayıb.
“Bu, çox mürəkkəb münaqişədir. Biz vaxtımızı bu fikir ayrılıqlarını aradan qaldırmağın və vəziyyəti yaxşılaşdırmağın yollarını axtarmağa sərf edirik”, – Rubio qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 24 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















