Rublun bahalaşması Azərbaycandakı rus mallarına necə təsir edəcək? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, 100 Rusiya rublunun məzənnəsi 1 % artaraq 2,1453 manat təşkil edib. Bəs, bu artım Azərbaycan bazarında rus məhsullarının qiymətinə təsir edəcəkmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, rublun 1 faiz bahalaşması Azərbaycan bazarında rus məhsullarının qiymətinə ciddi təsir göstərməyəcək.
Onun sözlərinə görə, valyuta məzənnəsinin kiçik diapazonda dəyişməsi idxal olunan məhsulların qiymətində dərhal əksini tapmır:
“Rublun 1 faiz möhkəmlənməsi Rusiyadan gətirilən məhsulların qiymətini eyni faizdə artırmır. Belə dəyişikliklər bir neçə günlük və ya həftəlik ola bilər, sonra yenidən əvvəlki səviyyəsinə qayıdar. Yalnız valyutalar arasında 5 faiz və ya daha çox fərq yaranarsa, bu, qiymətlərə dərhal təsir göstərir. Valyuta möhkəmlənərsə məhsullar bahalaşır, ucuzlaşarsa isə bir ay və ya ay yarım ərzində qiymət aşağı düşür. İndiki halda isə rublun 1 faiz bahalaşması və avronun 0,1 faiz ucuzlaşması daxili bazara ciddi təsir etməyəcək”.
Aynurə İsmayıl,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 08 Avqust 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















