Icma.az
close
up
RU
Rüfət Abbasov legioner həyatı yaşamağa tələsmir

Rüfət Abbasov legioner həyatı yaşamağa tələsmir

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan bazarının beş ulduzu” sərlövhəli yazıda Rüfət Abbasova da yer vermişdik.

Əlbəttə, “Şamaxı”nın futbolçusunun ilk “beşlik”də yer alması əbəs deyil. Ona görə ki, 20 yaşlı müdafiəçi 2024/25 mövsümündə “şirlər”in bütün premyer-liqa matçlarında şans qazandı və baş məşqçi Ayxan Abbasovun ümidlərini doğrultdu. Özü də 1 qol, 5 məhsuldar ötürmə ilə komandası üçün faydalı oldu. Rüfət həm də U-21 millimizin aparıcı üzvlərindən biridi - yığmanın bu ay keçirdiyi yoxlama oyunlarında Belarusa qarşı 78 (1:3), Monteneqroya (0:0) qarşı 83 dəqiqə forma geyib.
Hər halda, “Transfermarkt”da dəyəri 700 min avro dəyərində olan oyunçu parlaq gələcək vəd edir və təəssüf ki, futbol təsərrüfatımızda belə gənclər barmaqla sayılacaq qədərdi... Odu ki, Rüfətlə əlaqə saxlayıb hədəfləri, indiyəqədərki karyerası və bundan sonrakı planları haqda danışmağı lazım bildik.
- “Şamaxı”yla birgə çox çətin mövsümü geridə qoydunı. Komanda rəqabətin pik həddə çatmasına baxmayaraq, premyer-liqada yerini qorudu. Bəs son mövsümü özün üçün uğurlu sayırsanmı?
- Həqiqətən gərgin və bir-birindən maraqlı oyunlar keçirdik. Rəqabət yüksək səviyyədə oldu. Şükür, əsas məqsədimizə çatdıq. Bu baxımdan, yaxşı iş gördüyümüzü düşünürəm. Ancaq özümü dəyərləndirmək doğru olmaz.
– “Şamaxı” ilə müqavilənin müddəti davam edir. Böyük ehtimalla, növbəti mövsümü də bu komandada keçirəcəksən. Lakin başqa klublardan təklif aldığın haqda bilgilər var. Ən maraqlısı isə legioner həyatı yaşayıb-yaşamayacağındı. Ümumiyyətlə, özünü buna hazır hiss edirsən?
– Başqa yerlərdən gələn təkliflər kluba yönəldilir. Düşünürəm ki, hələ gəncəm. Üzərimdə işləməli, daha da inkişaf etməliyəm. Gələcəkdə nəyin baş verəcəyini zaman göstərəcək.
– Hansısa sürpriz olmasa, “Şamaxı” yenə premyer-liqada qalmaq uğrunda mübarizə aparacaq. Avrokuboklarda çıxış etmək niyyətin var?
– Bəli, reallıq onu göstərir ki, hədəf yenə eyni olacaq. Ancaq məqsədimiz sırf premyer-liqada qalmaq yox, bacardığımız qədər yüksək pillələrdə qərarlaşmaqdı. Əlbəttə, hər futbolçu kimi mən də avrokuboklarda oynamaq istəyərəm. Ancaq gələcəkdə.
– Növbəti “futbol ili”ndən gözləntilərin nədi? Məlum, daha üç bölgə təmsilçisi – “Qəbələ”, “Karvan” və “İmişli” də premyer-liqada olacaq. “Şamaxı”nın növbəti dəfə sınaqdan üzüağ çıxacağına inanırsan?
– Əlbəttə. Hətta deyərdim ki, daha yaxşısını edəcəyimizi düşünürəm. İnşallah, daha yaxşı nəticələr qazanacağıq. Rəqabətə hazır olmalıyıq. Bizi qarşıda təlim-məşq toplanışı gözləyir. Bu fürsətdən maksimum yararlanmalıyıq.
– U-21-də durum necədi? Sonuncu toplanışda qələbə qazana bilmədiz. Buna nə səbəb oldu?
– Ayxan Abbasovun rəhbərliyi altında ikinci dəfə toplanış keçdik. Uğursuz olduğumuzu düşünmürəm. Belarusla matçda üstün tərəf olsaq da, 5 dəqiqədə 2 qol buraxdıq. Monteneqroyla matçda isə qol vəziyyətlərini dəyərləndirə bilmədik. Əsas məqsəd AÇ-2027-nin seçmə mərhələsinə hazırlaşmaq idi. Bu baxımdan matçlar bizim üçün faydalı oldu.
– Həm millidə, həm də klubda Ayxan Abbasovla çalışırsan. Bu məqam sənin üçün nə dərəcədə faydalıdı?
– Ayxan müəllimlə işləmək çox xoşdu. “Şamaxı”ya gəlməyimin əsas səbəblərindən biri məhz odu. Münasibətlərimiz qaydasındadı. Səhvlərimi, çatışmazlıqlarımı mənimlə bölüşür və üzərimə işləmək üçün şərait yaradır. Bu üzdən hər zaman ən yaxşısını etməyə çalışıram. İnanıram ki, gələcəkdə bunun faydasını görəcəm.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri