Icma.az
close
up
RU
Rüfət Abbasov: “Neftçi”yə qayıtmaq mənim üçün qürurdur”

Rüfət Abbasov: “Neftçi”yə qayıtmaq mənim üçün qürurdur”

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Neftçi” akademiyasında yetişmişəm. “Neftçi” ölkəmizin böyük klubudur. Bura dönmək mənim üçün də çox xoşdur. Karyeramda növbəti addımdır. Təklif gələndə çox sevincli və qürurlu idim. Bu təklifi qəbul etmək lazım idi. Əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, “Neftçi”yə layiq olum”.

Bu sözləri “Neftçi”nin futbolçusu Rüfət Abbasov deyib.

21 yaşlı müdafiəçi klubdan ayrıldıqdan sonra ciddi çalışdığını və “Neftçi”yə daha hazırlıqlı qayıtdığını vurğulayıb.

“Neftçi”dən ayrılandan sonra karyeram haqda düşündüm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım ki, daha da irəliləyim. Şükürlər olsun ki, hər şey mənim üçün yaxşı oldu. Artıq “Neftçi”yə bu dəfə daha təcrübəli şəkildə qayıdıram”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

Gənc futbolçu azarkeşlərin dəstəyini də xüsusi qeyd edib. O bildirib ki, “Forza Neftçi” üzvləri ona çoxlu dəstək mesajları göndəriblər:

“Azarkeşlərimiz nəticədən asılı olmayaraq komandanı hər oyunda dəstəkləyir, yanında olurlar. Biz də onların dəstəyinin qarşılığını qələbələrlə verməyə çalışacağıq. İnşallah, bu il bizim ilimiz olar. “Neftçi” kimi komandada həmişə məqsəd çempionluq olur”.

Son iki mövsümdə “Şamaxı”nın formasını geyinən Abbasov həmin dövrün inkişafında mühüm rol oynadığını söyləyib. O, xüsusilə baş məşqçi Ayxan Abbasovun ona göstərdiyi etimadı vurğulayıb:

“Son iki ildə “Şamaxı” ilə çox yaxşı mövsüm keçirdim. Bu dövr mənim üçün uğurlu alındı. Müntəzəm oynamaq futbolçunun inkişafına böyük təsir göstərir. İnsan nə qədər çox oynayırsa, performansı da bir o qədər artır. İnkişafımda ən böyük rollardan biri də Ayxan Abbasov oldu. Çünki heç kim güvənməyəndə o mənə inanaraq şans verdi. Buradan ona təşəkkürlərimi bildirirəm”.

Rüfət millidəki hədəflərindən də danışıb. O, U-21 millisindən əsas milliyə keçidin onun üçün qürurverici olduğunu bildirib:

“U-21 millisində uzun müddət çıxış etdim. Artıq yavaş-yavaş əsas millidə də oyunlara çıxıram. Buna görə çox sevinir və qürur duyuram. Daimi olaraq milliyə dəvət almaq üçün bütün oyunlarda maksimum gücümlə çalışacağam. Son illərdə sol cinah müdafiəçiləri arasında adımın hallanması mənə əlavə motivasiya və məsuliyyət verir. Həm komandama, həm də milliyə çıxışımla töhfə vermək istəyirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 İyun 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri