Rüfət Abdullazadə: “Konkret olaraq təsdiqləyə biləcəyim bir məqam yoxdur”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Futbolda transfer məsələləri hər zaman diqqət mərkəzində olur. Hazırda isə konkret olaraq təsdiqləyə biləcəyim hər hansı bir məqam yoxdur. Mən “Varajdin” klubunun futbolçusuyam və bütün diqqətimi indiki komandama yönəltmişəm. Digər məsələlər klubum və menecerim tərəfindən dəyərləndirilir”.
İdman.Biz xəbər verir ki, bu fikirləri Rüfət Abdullazadə bildirib.
Adı “Kəpəz”lə hallanan 24 yaşlı yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında bu mövzuya da münasibət bildirib:
“Açığı, bu barədə konkret məlumatım yoxdur. Mətbuatda yazılanları mən də sizin kimi oxuyuram. Hər bir futbolçu üçün oynamaq və inkişaf etmək vacibdir. Ola biləcək bütün variantlara peşəkar yanaşıram. Hazırda isə konkret qərar yoxdur. Əsas məqsədim harada çıxış etməyimdən asılı olmayaraq, komandama maksimum fayda verməkdir. “Varajdin”də keçirdiyim vaxt mənim üçün çox dəyərli olub. Burada futbolun tempi, taktiki yanaşma və fiziki hazırlıq baxımından ciddi təcrübə qazandım. Bu, həm futbolçu, həm də şəxsiyyət kimi inkişafıma müsbət təsir göstərir”.
Cari mövsümdə 10 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu statistik göstəricilərə də toxunub:
“Statistika önəmlidir, amma mən hər oyunda komandaya maksimum fayda verməyə çalışıram. Düşünürəm ki, daha yaxşısını edə bilərəm və bunun üzərində işləyirəm. Əsas hədəfim stabil oyun nümayiş etdirmək və komandama davamlı şəkildə töhfə verməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Yanvar 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















