Icma.az
close
up
RU
Rüfət Səfərovun həbsinə səbəb olan əməlləri nədən ibarətdir? Təfərrüatlar

Rüfət Səfərovun həbsinə səbəb olan əməlləri nədən ibarətdir? Təfərrüatlar

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Torpaq alqı-satqısına dair Rüfət Səfərovla bir nəfər arasında yaranan münaqişənin təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Rüfət Səfərovun atası Eldar Səfərovun mülkiyyətində olan və Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən 11,3 sot torpaq sahəsinin bir hissəsi 2024-cü ilin mart ayında notarial qaydada N.İmanquliyevə 58800 manata satılıb.

Bir müddət sonra torpaq sahəsinin qalan hissəsinin rəsmiləşdirilməsi ilə bağlı tərəflər arasında anlaşılmazlıq yaranıb. Vətəndaşın iddiasına görə, bununla bağlı Rüfət Səfərov anlaşılmazlıqda pul vəsaitinin bölünməsinin ailədaxili narazılığa səbəb olduğundan atası E.Səfərovu qalan torpaq sahəsini satmağa razı saldığını N.İmamquliyevə deyib. Bir neçə gün sonra notarial qaydada alqı-satqını rəsmiləşdirəcəklərinə dair vəd verib 60.000 manat məbləğində pul vəsaitini ələ keçirib.

Dekabrın 3-də Binəqədi rayonunda R.Səfərov yaşadığı binanın avtodayanacağında görüşən N.İmanquliyev 60.000 manat pulunu geri qaytarmasını ondan tələb etdikdə münaqişə yaratmaqla ona xəsarət yetirib.

Zərərçəkmiş N.İmamquliyevin müraciəti əsasında faktla bağlı Polis İdarəsində başlanan cinayət işi üzrə R.Səfərov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri