Icma.az
close
up
RU
Rufiz Hafizoğlu: PYD nin istifadə olunub atılması Türkiyənin xeyrinədir

Rufiz Hafizoğlu: PYD nin istifadə olunub atılması Türkiyənin xeyrinədir

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"PYD-nin siyasi gigiyenik vasitə kimi istifadə olunub atılması ilk növbədə Türkiyənin xeyrinədir. Bu vəziyyət birmənalı olaraq Türkiyənin maraqlarına xidmət edir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Suriyada son zamanlar cərəyan edən proseslərdən hansı ölkənin daha qazanclı çıxdığına aydınlıq gətirərkən deyib. Müsahibimiz düşünür ki, burada Dəməşqin də marağı var:

"Həmin bölgələr kənd təsərrüfatı və neftlə zəngin olmaqla Suriya dövlətinin ayaqda qalması üçün ən önəmli yerlərdir".

Rufiz Hafizoğlu qeyd edir ki, kürd dili və Novruz bayramı məsələsi kürd xalqını PYD/YPG-nin inhisarından çıxarmaq üçün atılan addımdır:

"Onu bilmək lazımdır ki, kürd toplumu hər zaman Suriyanın tərkib hissəsi olub. Ölkədə əhalinin təxminən 30 faizi kürdlərdən ibarətdir. PYD/PKK-nın iddia etdiyinin əksinə olaraq, əslində kürdlər bölgədə daha dindar toplumdur. Amma baş verən hadisələr fonunda elə təəssürat yarandı ki, guya bütün kürdlər solmeyilli, marksist-kommunist təşkilatların üzvləridir. Əhməd Şaraanın kürd dili və Novruz bayramı ilə bağlı verdiyi qərar siyasi məsləhətləşmələrlə həyata keçirilən bir addım olub və nəticədə Novruz bayramı milli bayram elan olundu. Kürd dili faktorunun milli dil kimi qəbul olunması da önəmli addımdır. Bu, əslində kürd xalqını PYD/YPG-nin inhisarından çıxarmaq üçün atılan addım idi".


Həmsöhbətimiz deyir ki, ABŞ-ın PYD-yə dəstəyi dayandırması artıq onlara ehtiyacın olmamasından qaynaqlanır:

"ABŞ-ın PYD-yə silah dəstəyinin kəsilməsi daha öncədən hissə-hissə həyata keçirilirdi. Suriyada əvvəllər "parçala və hökm et" siyasətini görürdüksə, bu gün regionda fərqli mənzərədir. ABŞ və digər super güclər bilir ki, kiçik bölünmüş rejimləri idarə etmək o qədər də asan deyil. PKK da əslində rus beyninin məhsuludur. Amma zaman keçdikcə bu beyin məhsulu transformasiyalara uğrayaraq, don dəyişərək ABŞ-ın himayəsinə keçdi. Artıq isə ona ehtiyac yoxdur. Bəşər Əsəd rejiminin çökməsi bir çox siyasi problemli məsələlərin həllinə gətirib çıxarır. Siyasətdə heç bir şey təsadüfi baş vermir. Baş verənlər fonunda İsrail-Suriya arasında müəyyən məsələlərdə səthi olsa da, razılığa gəlmə məsələsi də var".

Ekspert bildirir ki, Suriya Rusiyanı tam olaraq izolyasiya edib:

"Rusiya hazırda Suriyada əvvəlki mövqeyində deyil. Amma bu o demək deyil ki, orada rus təsiri yoxdur. Rusiyanın hərbi bazaları qalmaqdadır. Onlar əvvəlki tək olmasa da, aktivliyi qoruyub saxlayırlar. Lakin heç bir halda Rusiyaya Suriyadakı əvvəlki legitimliyini qoruyub saxlamağa imkan verməyəcəklər. Nə Türkiyə, nə də ABŞ buna imkan verəcək. Əhməd əl-Şaraanın Moskva səfərinə gəldikdə, əsas mövzu iqtisadi məsələdir. Burada Suriyanın Rusiyaya olan milyardlarla borcunun silinməsi məsələsi var. Eyni zamanda Əsədin Dəməşqə verilməsi məsələsi də gündəmdədir".

Qeyd edək ki, son zamanlar Suriyada hadisələr sürətlə cərəyan edir. Suriyada PKK-nın qolu olan PYD artıq ABŞ dəstəyindən məhrum olur. Rəsmi Vaşinqton artıq onlara ehtiyaclarının olmadığını bəyan edib. Eyni zamanda Suriya ordusu kürd silahlı dəstələrinin nəzarəti altında olan bir sıra əraziləri yenidən Dəməşqin nəzarətinə qaytarıb. Suriya lideri Əhməd Şaraa isə kürd dili və Novruz bayramının keçirilməsinə "yaşıl işıq" yandırdı. Sabah Əhməd əl-Şaraa Rusiyaya səfər edəcək.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri