Icma.az
close
up
RU
“Rufo Gəncinski” Rusiyaya qayıtdı Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ

“Rufo Gəncinski” Rusiyaya qayıtdı Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

“Rufo Gəncinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyev yenidən Rusiyaya qayıdıb. Bundan sonra federasiyada Azərbaycan mafiyasına liderlik uğrunda mübarizənin yeni mərhələsi başlayıb. Proses amansız döyülmələrlə müşayiət olunur və atışma da uzaqda deyil.

Lent.az xəbər verir ki, “Rufo”ya ömürlük Rusiya Federasiyasına giriş qadağası var. Lakin o, FSB ilə yaxşı münasibətdə olan nüfuzlu avtoritet Badri Koquaşviliylə yaxın olduğu üçün ölkəyə girə bilib.

Qeyd edək ki, Tağıyev Rusiya Federasiyasını tərk edib, Misirdə həyat qurmağa çalışıb. Lakin bu yaxınlarda yenidən Rusiyaya qayıtmağa nail olub. Və o, dərhal fəaliyyətə başlayıb.

Yerli teleqram kanallarının məlumatına görə, “Rufo Gəncinski” Misirdə olarkən öz adamlarını Rusiyanın bütün böyük bazarlarına yerləşdirməyə çalışsa da, onları döyüblər və oradan qovublar. Qayıdandan sonra Tağıyev əlaltılarına qarşı çıxanları nümayişkaranə şəkildə cəzalandırmaq qərarına gəlib.

Artıq bu qisas addımları da reallaşmağa başlayıb. Belə ki, “Rufo”nun Moskva vilayətində yaşayan adamları azərbaycanlı avtoriteti döyərək ona “Namiki danla, Namiki danla” deyə qışqırıblar. Daha sonra görüntülər sosial şəbəkələrdə yayılıb. Burada söhbət azərbaycanlı məhrum “qanuni oğru” “Lotu Quli”nin qardaşı Namiq Səlifovdan gedir. Qeyd olunur ki, Namiq “Rufo”nun ən qatı düşmənidir və onun adamı döyülüb.

Məlumata əsasən, “Rufo”nun adamlarının buna bənzər daha bir neçə hücumu olub. Tağıyev var gücü ilə Zaxar Kalaşova (Şakro Molodoy) sübut etməyə çalışır ki, o, Azərbaycan mafioz klanlarının əsl və ən önəmli qüvvəsidir və onsuz alınmaz.

“Şakro”ya gəlincə, artıq xəbər verildiyi kimi, o, digər azərbaycanlı avtoritetə – Zaur Şipilovla (Zaur Naxçıvanski) bir neçə dəfə görüşüb. Zaur əvvəllər “Rufo”nun mafioz dostu sayılırdı. Ancaq indi vəziyyət kəskin şəkildə dəyişir. Hətta tezliklə atəş səsləri başlayacağı da istisna edilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Noyabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri