Icma.az
close
up
RU
“Ruh ül ərvah” bədii konsert proqramı təqdim olunub

“Ruh ül ərvah” bədii konsert proqramı təqdim olunub

Icma.az bildirir, Sia Az portalına istinadən.

Mayın 8-də Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Ruh-ül-ərvah” adlı bədii konsert proqramı təqdim olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris şöbəsi üzrə prorektoru Nərminə Quliyeva, Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev və ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və gəncliyinə verdiyi töhfələrdən bəhs ediblər. Onlar qeyd ediblər ki, “Ruh-ül-ərvah” konsert proqramı Azərbaycanın zəngin musiqi irsinin qorunması və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin bu kimi layihələrin gənclərin yaradıcılıq imkanlarının inkişafına və mədəni dəyərlərimizin təşviqinə töhfə verdiyi vurğulanıb.

Konsert proqramı çərçivəsində Azərbaycan Milli Konservatoriyasının istedadlı tələbələrinin ifasında klassik və xalq musiqisinin incilərindən ibarət müxtəlif əsərlər səsləndirilib. Tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanan çıxışlar milli musiqi ruhunu əks etdirən performanslarla yadda qalıb.

Qeyd edək ki, “Ruh-ül-ərvah” bədii konsert proqramı Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri