Ruhiyyə Əliyeva Zeki Müren Sanat Müzesi də + VİDEO
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
"Liatris Holding"in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva Türkiyənin Bodrum şəhərində yerləşən "Zeki Müren Sanat Müzesi"ni ziyarət edib.
News24.az xəbər verir ki, Ruhiyyə Əliyeva bu ziyarətdən məmnunluğunu sosial şəbəkədə bölüşərək, sənətə verilən dəyəri yüksək qiymətləndirib.
R Əliyeva bildirib ki, Türkiyənin əfsanəvi sənətkarı Zeki Mürenin xatirəsinə belə bir muzeyin yaradılması nümunəvi addımdır:
“Onun şəxsi əşyaları, səhnə kostyumları, notları, fotoları o qədər səliqəli və zövqlə qorunur ki, insan heyran qalır".
İş xanımı, xüsusilə, mərhum xalq artisti İlhamə Quliyevanın yaradıcılığına və sənət mirasına toxunaraq təəssüf hissi ilə qeyd edib:
“Kaş ki, Azərbaycanda İlhamə xanımın da adına layiq bir ev muzeyi olardı. Onun zəngin yaradıcılığı, dəbdəbəli səhnə həyatı və sənətə verdiyi töhfələr gələcək nəsillərə bu cür muzey vasitəsilə çatdırıla bilərdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 İyul 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















