Icma.az
close
up
RU
“Ruhlan, Dəyiş, Çiçəklən” Azərbaycanda Beynəlxalq Kouçinq Həftəsi çərçivəsində tədbir keçirildi

“Ruhlan, Dəyiş, Çiçəklən” Azərbaycanda Beynəlxalq Kouçinq Həftəsi çərçivəsində tədbir keçirildi

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Kouçinq Federasiyasının (ICF) “Ruhlan, Dəyiş, Çiçəklən” şüarı ilə keçirilən Beynəlxalq Kouçinq Həftəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq geniş miqyaslı bir tədbir keçirilib. Beynəlxalq Kouçinq Həftəsi çərçivəsində hər il dünyanın müxtəlif ölkələrində keçirilən silsilə tədbirlər kouçinqin insanlara, təşkilatlara və cəmiyyətlərə olan müsbət təsirini nümayiş etdirməyi hədəfləyir.

Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təntənəli mərasimdə müxtəlif sahələri təmsil edən rəsmi şəxslər, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri və kouçinq sahəsinin aparıcı mütəxəssisləri iştirak ediblər.

Tədbirə ev sahibliyi edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tədbiri açılış nitqi ilə açıb. O, çıxışında kouçinqin müasir təhsil və idarəetmə proseslərində əhəmiyyətini vurğulayaraq, bu sahənin həm fərdi, həm də təşkilati inkişaf üçün mühüm rol oynadığını qeyd edib.

Tədbirdə çıxış edən Beynəlxalq Kouçinq Federasiyasının sədri Ebru Kaya Caymaz kouçinqin fərdi potensialın üzə çıxarılmasında və insanların özlərinə güvənməsində oynadığı rolu xüsusi vurğulayıb.

ICF-in Tədbirlər direktoru Aytən Şıxalıyeva da çıxışında bu tədbirin hazırlanması və reallaşması prosesindəki əhəmiyyətli detallara toxunaraq, yerli və beynəlxalq kouçların bir araya gəlməsinin qarşılıqlı öyrənməni təşviq etdiyini bildirib. O, bu təşəbbüsün gələcək illərdə də davamlı olacağını və kouçinq yanaşmasının yayılmasının cəmiyyətimizə böyük fayda verəcəyini dilə gətirib.

Tədbirdə Milli Məclisin deputatları Arzu Nağıyev, Pərvin Kərimzadə və Sevinc Hüseynova da çıxış ediblər. Onlar kouçinqin cəmiyyətin rifahı, təhsilin inkişafı və insan kapitalının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, bu sahənin dəstəklənməsinin vacibliyini qeyd ediblər.

İki panel müzakirəsi və spiker çıxışları ilə davam edən tədbirdə ümumilikdə 14 spiker çıxış edib. Çıxışçılar arasında dövlət və özəl müəssisələrin rəhbər şəxsləri, tanınmış kouçlar yer alıb. Panel müzakirələrində kouçinqin fərdi və təşkilati inkişafda rolu, liderlik, motivasiya və dəyişiklik menecmenti kimi aktual mövzular ətrafında dərin və maraqlı fikirlər səsləndirilib.

Tədbir zamanı sponsor qismində çıxış edən qurumlara rəsmi təşəkkür bildirilib və onların dəstəyi yüksək qiymətləndirilib. Təşkilatçılar tərəfindən tədbirin sonunda iştirakçılar arasında maraqlı bir hədiyyə mərasimi də həyata keçirilib. Adları əvvəlcədən hazırlanmış siyahı əsasında şüşə qabdan adları çəkilən 10 iştirakçıya sponsor şirkətlər tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Tədbir iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanıb. Beynəlxalq Kouçinq Federasiyasının bu təşəbbüsü Azərbaycanda kouçinq sahəsinə artan marağın və bu sahənin inkişaf potensialının göstəricisi kimi dəyərləndirilir.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 May 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see296

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see212

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see201

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see148

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see147

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see146

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see141

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see139

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see134

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see133

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see131

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see125

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see124

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see123

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri