Icma.az
close
up
RU
Ruhulla Abdullazadə Hakim QARŞISINDA

Ruhulla Abdullazadə Hakim QARŞISINDA

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kriminal aləmdə “Amin Mərdəkanski” ləqəbi ilə tanınan Amin Xudaverdiyevi öldürməkdə Ruhulla Abdullazadənin cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib. 

İttihama görə, 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 53 yaşlı Abdullayev Cavanşir Ruhulla oğlu "Revolver" markalı tapança ilə qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub. İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştirak edən daha bir nəfər - Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.

İstintaqla müəyyən edilib ki, 2023-cü il noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı "Revolver" tipli silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev də saxlanılıb. O, polisə gələrək təslim olub. Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.

Belə ki, Cavanşir Abdullayev Pərvizin əmisi Mərdəkanlı Aminin qudası imiş. İddiaya görə, Cavanşir Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Mərhum Cavanşir Abdullayev quyu qazan texnikanın sürücüsü, Pərviz Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər. Onu da xatırladaq ki, 2024-cü ilin avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Amin Xudaverdiyev uzun illər kriminal aləmdə nüfuza malik olmuş Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən "Amin Mərdəkanski" ləqəbi ilə tanınan Amin Xudaverdiyev birincinin tərəfində dayanıb.

Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub. Onu da qeyd edək ki, Bakının Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə bağlı həbs edilən Pərviz Cabir oğlu Xudaverdiyev və onun qohumu Seymur Adil oğlu Xudaverdiyevin cinayət işinə ayrı icraatda baxılır.


Təqsirləndirilən şəxs ifadəsi zamanı ona elan edilmiş ittihamlaa özünü təqsirli bilib. 

Məhkəmə vaxt azlığından proses fevralın 17-nə təxirə salınıb.


Qeyd edək ki, bu il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Ruhulla Abdullazadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Yanvar 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri