Rumıniya elmi nəşrində Varlıq jurnalının milli kimlikdəki rolu araşdırılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 8 iyun, AZƏRTAC
Rumıniyanın Krayova Universitetinin rəsmi elmi nəşri olan "Analele Universității Din Craiova. Istorie" (Krayova Universiteti Elmi Əsərləri. Tarix seriyası) jurnalının yeni sayında azərbaycanlı tədqiqatçı dosent Əli Fərhadovun məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, tədqiqat işində təbrizli yazar Cavad Heyətin rəhbərliyi altında Tehranda işıq üzü görmüş "Varlıq" jurnalının (1979–2014) İran Azərbaycanında milli kimliyin və şüurun qorunub saxlanmasındakı mühüm rolu araşdırılıb. Müəllif jurnalın tarixi faktlara işıq salaraq Rusiya və Ermənistanın Azərbaycana vurduğu zərərləri, eləcə də ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərini necə ifşa etdiyini təhlil edib.
Məqalədə "Varlıq" jurnalının materiallarına istinadla İslamın sülh dini olduğu vurğulanır, mütərəqqi din xadimlərinin bəyanatları və dəstəyi vasitəsilə milli birliyin qorunmasının vacibliyi ön plana çəkilir.
Beynəlxalq indeksli jurnalda dərc olunan bu məqalə Azərbaycanın haqq səsinin və tarixi həqiqətlərinin dünya elmi ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 İyun 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















