Icma.az
close
up
RU
Rumıniya Prezidenti: Ölkə vətəndaşları 6 ay əvvəlkindən pis yaşayırlar

Rumıniya Prezidenti: Ölkə vətəndaşları 6 ay əvvəlkindən pis yaşayırlar

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Rumıniya Prezidenti Nikuşor Dan ölkəsinin vətəndaşlarının altı ay əvvəlkindən daha pis yaşadığını etiraf edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rumıniya Prezidenti bu açıqlamanı “Romania TV”yə müsahibəsində verib. “Biz olduqca açıq şəkildə bildirməliyik ki, rumınlar indi, məsələn, altı ay əvvəlkindən daha pis yaşayırlar. Belə ki, 10% inflyasiyanın olması hər bir rumının alıcılıq qabiliyyətinin 10% aşağı düşməsi deməkdir”, -deyə o bildirib.

Dövlət başçısı əlavə edib ki, hökumətin sərt qənaət tədbirləri haqlıdır, əks halda, inflyasiya 20-30%-ə çata bilərdi. Lakin o, bəzi iqtisadi tədbirlərin fərqli şəkildə həyata keçirilə biləcəyini qeyd edib.

Rumıniya hökuməti əvvəllər 2024-cü ildə ÜDM-in 9,3%-ni təşkil edən Aİ-nin rekord qıran büdcə kəsirini azaltmaq üçün üç sərt qənaət paketi qəbul etmək niyyətində olduğunu açıqlayıb. Parlament tərəfindən iyulun 7-də qəbul edilən ilk paket ƏDV və aksiz vergilərinin artırılmasını, subsidiyaların və müavinətlərin ləğv edilməsini, əmək haqqı və pensiyaların dondurulmasını əhatə edir. Sentyabrın 1-də təsdiqlənmiş ikinci paket yerli idarəetmədə, səhiyyə sistemində, dövlət şirkətlərində islahatların aparılmasını, hakimlər və prokurorlar üçün xüsusi (artırılmış) pensiyaların tətbiqini nəzərdə tutur. Üçüncü paketin isə mərkəzi idarəetmədə islahatları əhatə edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri