Rumıniya prezidenti PUA nın yaşayış binasına çırpılmasının təfərrüatını açıqladı
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən Reni şəhəri üzərində vurulan pilotsuz uçuş aparatı (PUA) Rumıniyanın Qalats şəhərindəki çoxmənzilli yaşayış binasına düşüb.
Moderator.az "Gandul" nəşrinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rumıniya Prezidenti Nikuşor Dan bildirib.
"Şərqdən gələn 43 pilotsuz uçuş aparatından ibarət qrup Ukrayna ərazisini Dunay çayından təxminən 20-30 kilometr şimalda, şərqdən qərbə doğru keçib. Ukrayna ərazisi üzərindən uçarkən onlardan bəziləri vurulub və yəqin ki, Reni şəhəri üzərində zədələnən PUA-lardan biri trayektoriyasını dəyişərək Qalats istiqamətinə yönəlib", - deyə N.Dan bildirib.
Qeyd edək ki, dron mayın 29-na keçən gecə Qalatsdakı çoxmənzilli binaya çırpılıb. 70 sakin təxliyə edilib, dörd nəfər xəsarət alıb. Rumıniya tərəfi hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Rusiya Prezidenti Vladimir Putin isə pilotsuz aparatın qalıqlarının Rusiyada ekspertizadan keçirilməsini təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 29 May 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















