Rumıniya “qızıl viza” proqramı tətbiq etməyə hazırlaşır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Buxarest, 17 oktyabr, AZƏRTAC
Rumıniya parlamentində yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə ölkənin “qızıl viza” proqramını təqdim etməyi nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı hüdudlarından kənarda yaşayan şəxslər Rumıniyaya ən azı 400 min avro məbləğində sərmayə qoysalar 5 illik müddətə müvəqqəti yaşayış icazəsi ala biləcəklər.
Təşəbbüs müəllifləri bildirirlər ki, investisiyalar dövlət istiqrazları, daşınmaz əmlak və şirkət səhmləri kimi müxtəlif formatlarda ola bilər. Proqram investorların investisiyanı ən azı 5 il saxlama şərtilə strukturlaşdırılıb.
Əlavə olaraq, bildirilir ki, müraciət edənlərin investisiyanın qanuni mənbələrə aid olduğunu sübut etməli, cinayət məsuliyyətində olmamalı və milli təhlükəsizliyik riski daşımamalıdır. Proqram çərçivəsində yalnız investorlara deyil, onların ailə üzvlərinə də yaşayış icazəsi verilə bilər.
Qeyd edək ki, bu təşəbbüs hələ parlamentdə ilkin mərhələdədir və qanun qəbul edilərsə Rumıniya 2026-cı ildən “qızıl viza” proqramını rəsmi tətbiq etməyi planlaşdırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















