Icma.az
close
up
RU
Rumıniya Rusiya konsulluğunu bağlayır

Rumıniya Rusiya konsulluğunu bağlayır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Moskva, 29 may, AZƏRTAC

Rumıniya Rusiyanın Konstansdakı Baş Konsulunu “persona non grata” elan edib və onu bağlamaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan ölkənin Ali Milli Müdafiə Şurasının iclasında bildirib.

Qərar mayın 29-na keçən gecə Rumıniyanın Qalats şəhərində onmərtəbəli yaşayış binasına çırpılan pilotsuz təyyarə ilə bağlı hadisədən sonra verilib.

Rumıniya səlahiyyətlilərinin məlumatına görə, zərbədən sonra partlayış və yanğın baş verib. Qadın və körpəsi yüngül yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Binadan 70-ə yaxın sakin təxliyə edilib.

Rumıniyanın xarici işlər naziri Oana Tsoyu sosial şəbəkələrdə bildirib ki, baş verənlərlə bağlı Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin baş verənlər barədə məlumatlandırıldığını təsdiqləyib.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a bildirib ki, Moskvanın Buxarestin qərarına cavab tədbirləri çox çəkməyəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri