Icma.az
close
up
RU
Rumıniya Senatının nümayəndə heyəti Xankəndidə FOTOLAR

Rumıniya Senatının nümayəndə heyəti Xankəndidə FOTOLAR

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 13-də Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovla görüşüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, Xankəndidə keçirilən görüş zamanı qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Xankəndi, Ağdərə və Xocalıda müasir yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun qurulması, yol, enerji, su və rabitə şəbəkələrinin yenilənməsi istiqamətində mühüm layihələr uğurla icra olunur.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov qeyd edib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma torpaqlarına dönür, mənzillə təmin olunurlar.

E.Yusubov bildirib ki, onların məşğulluğu, yeni iş yerlərinin yaradılması və sosial rifahının yüksəldilməsi istiqamətində də ardıcıl tədbirlər görülür.

Görüşdə həmçinin vurğulanıb ki, bölgədə sahibkarlığın inkişafına da xüsusi önəm verilir. Yerli və xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb, müxtəlif istehsal və xidmət sahələrinə investisiya qoyuluşu təşviq edilir. Bunun nəticəsində yeni müəssisələr fəaliyyətə başlayır, iqtisadi aktivlik artır və əhalinin məşğulluq imkanları genişlənir.

Rumıniyalı qonaqlar da azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən quruculuq işlərini yüksək qiymətləndirərək, bölgədə müşahidə etdikləri inkişafın və müasir infrastrukturun onlarda xoş təəssürat yaratdığını bildiriblər.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyul 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri