Icma.az
close
up
RU
Rumıniya və Bolqarıstan Şengen zonasına qoşuldu

Rumıniya və Bolqarıstan Şengen zonasına qoşuldu

Icma.az, Qafqazinfo-dan verilən məlumata əsaslanaraq, xəbər verir Rumıniya və Bolqarıstan Şengen zonasına qoşuldu.

Bolqarıstan və Rumıniya 2025-ci il yanvarın 1-dən Şengen razılaşmasının tamhüquqlu üzvləri olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda deyilir. 

Hər iki ölkənin birliyə inteqrasiyasından 18 il sonra Bolqarıstan və Rumıniyanın digər Şengen dövlətləri ilə quru sərhədlərində nəzarət ləğv ediləcək. 

Qeyd edək ki, 2023-cü ilin sonunda Avropa İttifaqında hər iki ölkənin Şengen zonasına qismən daxil olması ilə bağlı konsensus əldə olunub. Bu isə hava limanı və dəniz limanlarında yoxlamaların ləğvini nəzərdə tuturdu. Qərar 2024-cü il martın 30-da qüvvəyə minib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri