Rumıniyada 40 ildən sonra ilk dəfə cüzam xəstəliyi diaqnozu qoyulub...
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
...Rumıniyada 40 ildən çox müddət ərzində ilk dəfə olaraq cüzam xəstəliyinə yoluxma halları təsdiqlənib.
Rumıniya Səhiyyə Nazirliyinin Reuters agentliyinə verdiyi məlumata görə, xəstəlik şimal-qərbdəki Kluj-Napoka şəhərindəki bir spa mərkəzində işləyən iki masajçıda müəyyən edilib.
SİA xəbər verir ki, nazirliyin məlumatına görə, yoluxmuş qadınlar 21 və 25 yaşlarında olan İndoneziya vətəndaşlarıdır. Hər iki qadın müalicə alır.
Hazırda daha iki nəfər tibbi müayinədən keçir.
Səhiyyə naziri Aleksandru Roqobete bildirib ki, spa müştəriləri infeksiyadan narahat olmamalıdırlar. O qeyd edib ki, cüzam yalnız uzun və yaxın təmas yolu ilə ötürülür və qısamüddətli təmas əhəmiyyətli risk yaratmır.
Nazir dövlət xəbər agentliyi Agerpres-ə verdiyi şərhdə izah etdiyi kimi, xəstələrdən biri bu yaxınlarda Asiyadan qayıdıb və orada bir ay eyni xəstəliklə xəstəxanaya yerləşdirilən anası ilə qalıb.
Ehtiyat tədbiri olaraq, səlahiyyətlilər epidemioloji araşdırma başa çatana qədər spa-nın fəaliyyətini müvəqqəti olaraq dayandırıblar.
Mütəxəssislər təmasda olanları müəyyənləşdirir və sanitariya qaydalarına riayət olunmasını yoxlayırlar.
Səhiyyə Nazirliyi qeyd edib ki, Rumıniyada sonuncu təsdiqlənmiş cüzam xəstəliyi 44 il əvvəl qeydə alınıb. Xəstəlik nadir hesab olunur və vaxtında diaqnoz qoyularsa, uğurla müalicə olunur.
SİA-nın əlavsi: Cüzam dəridə ciddi deformasiyalı yaraların meydana gəlməsi, periferik sinirlərin, yuxarı tənəffüs yollarının selikli qişasının və gözlərin zədələnməsi ilə xarakterizə olunan xroniki infeksion xəstəlikdir. Fiziki qüsurlarla yanaşı, cüzamdan əziyyət çəkən şəxslər cəmiyyətdə ayrı-seçkiliyə məruz qala bilərlər və bu, onların sosial həyatına və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Cüzamla mübarizədə erkən diaqnoz və müalicə, eləcə də ictimai maarifləndirmə mühüm əhəmiyyət kəsb edir.
Cüzamın törədicisini 1873-cü ildə Hansen tapmışdır, buna görə də bu xəstəliyə Hansen xəstəliyi, Hansenioz da deyilir.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 23 Dekabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















