Icma.az
close
up
RU
Rumıniyada Azərbaycanın COP29 Sədrliyində irəli sürdüyü təşəbbüslərə dair tədbir keçirilib

Rumıniyada Azərbaycanın COP29 Sədrliyində irəli sürdüyü təşəbbüslərə dair tədbir keçirilib

Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rumıniyada Azərbaycanın COP29 Prezidentliyində irəli sürdüyü təşəbbüslərə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin mətbuat xidmətindən "Operativ Media"a verilən xəbərə görə, 5 noyabr tarixində Rumıniyanın aparıcı universitetlərindən biri, beş min tələbənin təhsil aldığı Rumın-Amerikan Universitetində “COP29: Azərbaycanın Prezidentliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” adlı dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi və Rumın – Amerikan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə universitetin rəhbərliyi, Rumıniyanın beyin mərkəzlərinin nümayəndələri, universitetdə təhsil alan xarici və yerli tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Kostel Negriçea COP29 ərəfəsində Azərbaycanın COP29 Prezidentliyinə həsr olan tədbirin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsini akademik ictimaiyyətin elmi və dövlət qurumları arasında dialoqun qurulması, tədbir barədə məlumatlandırılması üçün vacibliyini vurğulayıb. O, universitetin iqlim dəyişmələri və fəsadları, planetimizin ekologiyasının qorunmasına yönəlmiş elmi layihələrdə iştirakı barədə danışıb.

Səfir Qüdsi Osmanov tədbir iştirakçılarına COP29 çərçivəsində Azərbaycanın strateji hədəfləri, yanaşmaları və prioritetləri, yaşıl enerji sahəsində bərpaolunan enerji layihələrində dünya şirkətləri ilə əməkdaşlığı, “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin perspektivləri barədə danışıb. Həmçinin diplomat Azərbaycan tərəfindən COP prosesinə yenilik gətirəcək təşəbbüsləri qeyd edərək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması, Qlobal Atəşkəs Çağırışı və digər təşəbbüslər barədə geniş məlumat verib. O, gəncləri təbiətin, ekologiyanın qorunması üçün daha məsuliyyətli olmağa çağırıb.

Rumıniyanın Dayanıqlı Yanacaq Assosiasiyasının prezidenti Vlad Stoiçesku çıxışında dünyada, əsasən Avropada baş verən təbii fəlakətlərin arxasında iqlim dəyişmələri problemindən söz açaraq, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin mahiyyətinə toxunub. O, Azərbaycanın qaz istehsal və təchiz edən ölkə olaraq alternativ hidrogen və yaşıl enerji layihələrdə iştirakını bütün region ölkələri üçün nümunəvi addım kimi dəyərləndirib. V.Soiçesku ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bəşəriyyətin enerji istehsalında istifadə etdiyi ənənəvi resursların azalması istiqamətində qlobal addımların atılmasını, COP29 kimi platformalarda dünya liderləri tərəfindən ekoloji problemlərin müzakirəsinin vacibliyini qeyd edib.

Rumıniyanın enerji sahəsində aparıcı beyin mərkəzi olan “Energy Policy Group” (EPG) beyin mərkəzinin tədqiqatçısı İoana Vasiliu COP29-da Rumıniya qeyri-hökumət təşkilatlarının nümayəndələrinin planlaşdırılan iştirakı barədə məlumat verib. O, iqlim dəyişikliyi ilə mübarizənin Rumıniya üçün prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayaraq, dövlətin və qeyri-dövlət qurumlarının ekologiya sahəyəsinə verdiyi töhfədən danışıb.

Tədbir yerli KİV-də geniş işıqlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 05 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri