Icma.az
close
up
RU
Rumıniyada prezident seçkilərində 11 namizəd arasında ciddi rəqabət gözlənilir

Rumıniyada prezident seçkilərində 11 namizəd arasında ciddi rəqabət gözlənilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Buxarest, 3 may, AZƏRTAC

Rumıniya mayın 4-də ölkənin yeni prezidentini seçmək üçün səsverməyə hazırlaşır. 18 milyon seçicinin iştirak edəcəyi seçkilər keçən il noyabrın 24-də keçirilən, lakin Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən səsvermədən sonra ikinci dəfə təşkil olunur.

AZƏRTAC xəbər verir ki, o zaman seçkilərin ləğvi ilə bağlı rəsmi səbəb kimi müstəqil millətçi namizəd Kalin Corceskunun kampaniyası zamanı troll dəstələri, saxta sosial media hesabları və haker hücumları kimi qeyri-qanuni üsullardan istifadə etməsi göstərilib. 2025-ci il martın 15-də Konstitusiya Məhkəməsi Corceskun namizədliyini rəsmən ləğv edərək onu seçki yarışından kənarlaşdırıb.

Son sorğulara görə, indiki seçkilərdə əsas rəqabət "Rumınların Birləşməsi Alyansı"nın lideri Corce Simon (31 faiz) ilə hakim koalisiyanın vahid namizədi Krin Antonesku (25 faiz) arasında gedir.

38 yaşlı Corce Simon milli suverenliyin gücləndirilməsi və "sülh prezidenti" kimi fəaliyyət göstərmək vədləri ilə seçicilərin diqqətini cəlb edir. 66 yaşlı təcrübəli siyasətçi Krin Antonesku isə NATO və Aİ ilə daha sıx inteqrasiyanın tərəfdarı kimi çıxış edir.

Seçkiyə cəlb olunan digər diqqətçəkən namizədlər arasında Buxarestin meri Nikuşor Dan (19,4 faiz), keçmiş baş nazir Viktor Ponta (14,8 faiz) və "Rumıniyanı Xilas İttifaqı"nın lideri Yelena Laskoni (7,3 faiz) var.

Rumıniya konstitusiyasına görə, prezident 5 il müddətinə seçilir və iki dövr xidmət edə bilər. Seçki qaydalarına görə, namizədlərdən heç biri birinci turda səslərin 50 faizdən çoxunu qazana bilməsə, iki həftə sonra ikinci tur keçiriləcək.

Müşahidəçilər qeyd edirlər ki, bu seçkilər Rumıniyanın gələcək xarici siyasət istiqamətini müəyyənləşdirəcək. Seçki nəticələri ilə bağlı ilkin məlumatların mayın 4-də axşam saatlarında açıqlanması gözlənilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri