Rumıniyada prezident seçkisinin ikinci turunun ləğvi üçün şikayət verildi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rumıniyanın Konstitusiya Məhkəməsi "Rumınların birliyi uğrunda Alyans"ın lideri Corc Simionun prezident seçkisinin ikinci turunun nəticələrinin ləğvi ilə bağlı verdiyi şikayəti qeydə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Digi24" telekanalı mənbələrə istinadən məlumat verib.
Qeyd olunur ki, Konstitusiya Məhkəməsi namizədin şikayəti üzrə məhkəməni mayın 22-də keçirə bilər. Həmin gün orqan mayın 18-də keçirilən seçkinin ikinci turunun nəticələrini təsdiq etməyi planlaşdırır.
Xatırladaq ki, daha əvvəl Simion səsvermənin nəticələrinə görə Konstitusiya Məhkəməsinə şikayət edəcəyini bildirmişdi. Onun sözlərinə görə, seçki zamanı saxtalaşdırma mexanizmi mövcud olub. Simion Moldova hakimiyyətinin seçki turizmindən istifadə etdiyini iddia edir. Alyansın lideri "Telegram"ın həmtəsisçisi Pavel Durovun ifadəsinə istinad edərək, Fransanın da seçkiyə müdaxilə etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 May 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















