Icma.az
close
up
RU
Rumıniyada qalmaqal: DİN işçiləri Konqoda muzdlu hərbçilər kimi çalışıblar

Rumıniyada qalmaqal: DİN işçiləri Konqoda muzdlu hərbçilər kimi çalışıblar

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rumıniya Daxili İşlər Nazirliyi öz şəxsi heyəti ilə bağlı genişmiqyaslı araşdırma aparıb və şokedici faktlar üzə çıxarıb. Məlum olub ki, nazirliyin ən azı 11 əməkdaşı Konqo Demokratik Respublikasında özəl hərbi şirkətdə gizli şəkildə işləmək üçün saxta xəstəlik məzuniyyəti vərəqələri təqdim ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Digi24" telekanalı məlumat verib.

Məlumata görə, qanunu pozanlar arasında səkkiz jandarm və üç polis əməkdaşı olub ki, onlar Afrika ölkəsində hərbi təlimatçı kimi fəaliyyət göstəriblər. Hakimiyyət orqanlarında xüsusi narahatlıq yaradan fakt odur ki, bu əməkdaşlardan bəzilərinin dövlət əhəmiyyətli məxfi məlumatlara çıxış imkanları olub və bu da milli təhlükəsizlik üçün potensial təhdid yaradır.

Öz "Afrika məzuniyyətləri"ni başa vurduqdan sonra bütün 11 təhlükəsizlik əməkdaşı maneəsiz olaraq Rumıniya Daxili İşlər Nazirliyinin strukturlarında öz vəzifələrinin icrasına qayıdıblar. Hazırda nazirlik araşdırmalarını davam etdirir və qanun pozucularına qarşı cinayət işinin qaldırılması üçün artıq prokurorluğa müraciət edib.

Qeyd edək ki, bu qalmaqal Rumıniyanın Milli Müdafiə Nazirliyində aparılan analoji təhqiqat işindən sonra baş verib. Rumıniyanın Milli Müdafiə Nazirliyində aparılan təhqiqat zamanı isə yeddi fəal hərbi qulluqçunun Konqo Demokratik Respublikasında işləmək üçün uşaqlara qulluqla bağlı valideyn məzuniyyətindən istifadə etdiyi aşkar edilmişdi.

Təhqiqatlar Rumıniya mətbuatında ölkə prezidentliyinə keçmiş namizəd Kelin Corceskuya yaxın olan hərbi təlimatçı Horatsiu Potranın fəaliyyəti ilə bağlı dərc edilən yazılardan sonra başlanıb. Jurnalistlərin məlumatına görə, Potra son üç il ərzində onlarla elit hərbi qulluqçu, xüsusi xidmət əməkdaşı və polis də daxil olmaqla, minə yaxın rumıniyalı muzdlunun Konqoya göndərilməsini təşkil edib.

Bildirək ki, Ruandanın "The New Times" qəzetində dərc olunan xəbərdən sonra vəziyyət beynəlxalq rezonans qazanıb. Qəzetin yazdığına görə, Konqonun Qoma şəhərinin "23 mart hərəkatı" (M23) üsyançı qruplaşması tərəfindən ələ keçirilməsindən sonra Konqo ordusu tərəfində döyüşən 288 avropalı muzdlu əsgər təslim olub və Ruandaya göndərilib. Nəşr vurğulayıb ki, bu muzdluların əksəriyyəti Rumıniya vətəndaşları olub.

Rumıniya Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılarının Afrika ölkəsi ərazisində özəl hərbi şirkətin əməliyyatlarında iştirakı ilə bağlı məlumatları rəsmən təkzib edib, lakin hüquq-mühafizə orqanlarının apardığı daxili araşdırmaların nəticələri bunun əksini göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri