Icma.az
close
up
RU
Rumıniyalı ekspert: Ukrayna münaqişəsində eskalasiya ehtimalı qalır

Rumıniyalı ekspert: Ukrayna münaqişəsində eskalasiya ehtimalı qalır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Buxarest, 24 fevral, AZƏRTAC

Rumıniyalı tarixçi və postsovet məkanı üzrə ekspert Armand Qoşu Ukraynadakı müharibənin yeni mərhələyə keçə biləcəyini istisna etmədiyini bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyət nisbi sabitlik təsiri bağışlasa da, eskalasiya riski tam aradan qalxmayıb və Kreml qarşısında zaman faktoru getdikcə daha ciddi rol oynayır.

AZƏRTAC xəbər verir ki, Armand Qoşu Rumıniya mətbuatına açıqlamasında vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin strateji seçim imkanları əvvəlki dövrlərlə müqayisədə daha məhduddur. Müharibənin uzanması həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan rəsmi Moskva üçün əlavə yük yaradır. Ekspertin fikrincə, məhz bu səbəbdən Kremlin yaxın aylarda daha sərt və riskli addımlar atmaq ehtimalı nəzərdən qaçırılmamalıdır.

Tarixçi hesab edir ki, münaqişənin taleyi yalnız cəbhə xəttində baş verən hadisələrdən asılı deyil. O, qeyd edib ki, Qərbin hərbi və maliyyə dəstəyi, sanksiyaların təsiri, eləcə də Rusiyanın daxili siyasi və iqtisadi vəziyyəti prosesin istiqamətini müəyyən edən əsas amillərdir. Armand Qoşunun fikrincə, rəsmi Moskva üçün ən böyük problem uzunmüddətli resursun tükənməsi və beynəlxalq təcridin dərinləşməsidir.

Ekspert əlavə edib ki, Rusiya rəhbərliyi üçün zaman amili həlledici xarakter daşıyır. Müharibənin uzanması Kremlin manevr imkanlarını azaldır və daxili ictimai-siyasi sabitlik baxımından əlavə risklər yaradır. Bu isə müəyyən mərhələdə daha kəskin qərarların qəbuluna səbəb ola bilər.

Armand Qoşu, həmçinin qeyd edib ki, eskalasiya yalnız genişmiqyaslı hərbi əməliyyatların artması demək deyil. O, enerji təzyiqi, informasiya müharibəsi, kiberhücumlar və diplomatik qarşıdurmaların da gərginliyin yüksəlməsi ssenarisinə daxil olduğunu bildirib. Ekspertin qənaətinə görə, qarşıdakı dövrdə münaqişə həm hərbi, həm də hibrid formatda davam edə bilər.

Tarixçi vurğulayıb ki, Avropa İttifaqı və NATO üçün əsas vəzifə strateji səbr nümayiş etdirmək və Ukraynaya dəstəyi davam etdirməkdir. Onun sözlərinə görə, münaqişənin nəticəsi yalnız cəbhədə deyil, həm də siyasi iradə və davamlılıq səviyyəsində müəyyən olunacaq.

Qeyd edək ki, Armand Qoşu postsovet məkanı və Rusiya siyasəti üzrə ixtisaslaşmış analitik kimi mütəmadi olaraq Şərqi Avropada təhlükəsizlik məsələləri ilə bağlı geniş təhlillər təqdim edir. Onun fikrincə, Ukrayna müharibəsinin növbəti mərhələsi regional təhlükəsizlik sisteminin gələcək arxitekturasına birbaşa təsir göstərəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Fevral 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri