Rumıniyalı keçmiş futbolçu: “Zirə” mərhələ adlamaq gücündədir”
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq.
“Qartallar”ın sabiq futbolçusu Adrian Skarlatake “FutbolPress“ə açıqlamasında duellə bağlı fikirlərini bölüşdü:
“Püşkü gördüm, “Zirə” üçün çətin oyun olacaq. “Hayduk” yaxşı komandadır və heyətində keyfiyyətli oyunçular var. Buna baxmayaraq, “Zirə”nin gücünü nəzərə almalıyıq. Düşünürəm ki, yaxşı oynayıb, mərhələ adlamaq gücündədirlər”.
Sabiq futbolçu “Hayduk”un Avropa təcrübəsinin olduğunu qeyd etdi və “Zirə” üçün müəyyən üstün məqamların olduğunu bildirdi:
“Hayduk” beynəlxalq arenada təcrübəli ola bilər, lakin düşünürəm ki, “Zirə”nin də üstünlüyü var – rəqibin baş məşqçisi yenidir və sistemi otuzdurmaq üçün vaxta ehtiyac ola bilər. “Zirə”də isə Rəşad Sadıqov 5 ildir, ordadır və komanda, oyunçular üçün bu qədər müddət birlikdə olmaq üstünlükdür. Futbolçular artıq Rəşadın fəlsəfəsini bilirlər. “Hayduk”un oyunçularının fərdi bacarıqları daha yaxşıdır. Amma “Zirə” də komanda şəklində məzmunlu oynayır”.
“Zirə” ilk oyunu iyulun 23-də Bakıda keçirəcək. Cavab görüşü bir həftə sonra Splitdə olacaq.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















