Rumıniyanın Baş naziri: Vətəndaşların əmanətləri müsadirə olunmayacaq
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rumıniyada vətəndaşların əmanətləri müsadirə olunmayacaq.
"Report"un məlumatına görə, bunu ölkənin Baş naziri İliye Bolojan "Antena 3 CNN” telekanalına müsahibəsində deyib.
Baş nazir vurğulayıb ki, Rumıniyada müzakirə olunan fərdi pensiyalar haqqında qanun layihəsində vətəndaşların əmanətlərinin müsadirəsi nəzərdə tutulmur, əksər Avropa ölkələrində olduğu kimi, yalnız ödəniş proseduru tənzimlənir.
Bolojan ümid etdiyini bildirib ki, müzakirələrdən sonra rumınlara hökumətin əmanətləri müsadirə etmək niyyətində olmadığı aydın olacaq.
Rumıniyanın Maliyyə Monitorinqi Administrasiyasının hazırladığı qanun layihəsində qeyd edilir ki, özəl pensiya fondlarında olan investorlar pensiyaya çıxanda yığdıqları vəsaitlərin yalnız dörddə birini geri ala bilməyəcəklər. Vəsaitlərin yerdə qalan 75%-i ölkədə orta ömür uzunluğu nəzərə alınmaqla 10 il ərzində mərhələli şəkildə ödəniləcək.
Qanun layihəsi dövlət pensiyalarından əlavə, qocalıq üçün pul yığan rumınların etirazına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Avqust 2025 07:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















