Icma.az
close
up
RU
Rumıniyanın Bursa nəşrində Azərbaycan Ukrayna münasibətlərinə toxunulub

Rumıniyanın Bursa nəşrində Azərbaycan Ukrayna münasibətlərinə toxunulub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Buxarest, 13 avqust, AZƏRTAC

Rumıniyanın nüfuzlu “Bursa” nəşrində dərc edilmiş analitik məqalədə bildirilir ki, Prezident İlham Əliyev Rusiya tərəfindən Azərbaycanın SOCAR-a məxsus enerji obyektlərinə və qaz nəqliyyat infrastrukturlarına hava hücumlarına baxmayaraq, Azərbaycan-Ukrayna enerji əməkdaşlığının davam edəcəyinə əmin olduğunu bəyan edib.

AZƏRTAC-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev bu mövqeyini Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ifadə edib. Hər iki lider Rusiyanın hücumlarını qətiyyətlə pisləyib və bu hücumların ikitərəfli enerji layihələrinə təsir etməyəcəyini vurğulayıb.

Yazıda bildirilib ki, yanvar ayından etibarən Ukrayna Trans-Balkan marşrutu vasitəsilə Azərbaycandan ilk qaz nəqli sınaqlarını həyata keçirib və əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsini planlaşdırdığını açıqlayıb. Lakin bu dövrdə Rusiya Ukrayna ərazisində SOCAR-a məxsus neft anbarlarını və qaz kompressor stansiyalarını hədəfə alan bir neçə hava hücumu həyata keçirib.

Məqalədə vurğulanır ki, bu hadisələr təkcə enerji sahəsində deyil, həm də regionun siyasi dinamikasında yeni gərginliklər yaradır. Bununla belə, prezidentlər İlham Əliyev və Volodimir Zelenski arasındakı möhkəm dialoq və qarşılıqlı etimad enerji resurslarının bölgədə sabitlik və inteqrasiya amili olaraq qalmasını təmin edir. Prezident İlham Əliyev Rusiyanın hücumlarına cavab olaraq Ukraynaya humanitar enerji yardımı məqsədilə 2 milyon ABŞ dolları məbləğində elektrik avadanlığı göndərilməsi üçün göstəriş verib. Analitik məqalədən belə nəticə çıxarılır ki, Azərbaycan bu strateji kursdan geri dönməyəcək, enerji əməkdaşlığı siyasi və geosiyasi dəyişikliklərdən asılı olmayaraq davam etdiriləcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri