Runi: Həyat yoldaşım olmasaydı, çoxdan məhv olmuşdum
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Mançester Yunayted”in əfsanəsi Ueyn Runi spirtli içki ilə bağlı problemlərindən və həyat yoldaşı Kolinin köməyindən danışıb.
İdman.biz bildirir ki, Runi və jurnalist Kolin 2008-ci ildən evlidirlər. Cütlüyün dörd oğlu var: Kay Ueyn (2009-cu il təvəllüdlü), Kley Entoni (2013), Keyt Cozef (2016) və Kass Mak (2018).
Futbolçunun sözlərinə görə, həyat yoldaşı Kolin vaxtında müdaxilə etməsəydi, böyük ehtimalla futbolda uğur qazana bilməyəcəkdi.
“İki gün dalbadal içirdim, sonra məşqə gəlib həftəsonu iki qol vururdum. Sonra yenə iki gün içirdim. Kolin 17 yaşımdan anlayırdı ki, mənim nəsə problemim var. Mən həm futbol, həm də əyləncəyə həvəskarı idim. O, bunu tez başa düşdü və məni dayandırmağa çalışdı. Düzünü desəm, o olmasaydı, çoxdan məhv olardım. Kolin 20 ildir ki, məni həm insan, həm də futbolçu kimi düzgün yolda saxlayır”, – deyə Runi bildirib.
Ueyn Runi 2004–2017-ci illərdə “Mançester Yunayted”in formasını geyinib.


