Icma.az
close
up
RU
Rus bölməsində bu fənlər Azərbaycan dilində keçirilsin Əməkdar müəllimdən TƏKLİF

Rus bölməsində bu fənlər Azərbaycan dilində keçirilsin Əməkdar müəllimdən TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev rus bölməsində Azərbaycan tarixi fənni ilə yanaşı, digər fənlərin də ana dilində tədrisi məsələsinə aydınlıq gətirib.
O qeyd edib ki, Azərbaycan dilində tədris genişlənir və hərbi hazırlıq və musiqi fənləri tədris dilindən asılı olmayaraq, bütün siniflərdə Azərbaycan dilində tədris olunur.
"Hazırda digər fənlərin də Azərbaycan dilində tədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin bu siyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdə veriləcək”, - deyə nazir müşaviri əlavə edib.

Bəs rus bölməsində daha hansı fənlər Azərbaycan dilində tədris edilməlidir?

Əməkdar müəllim Sona Əliyeva sualımıza cavab olaraq Redaktor.az-a bildirdi ki, təxminən 90 min şagird hazırda rus bölməsində təhsil alır və 340 məktəbdə rus bölməsi fəaliyyət göstərir:

"Bu səbəbdən qəbul olunan hər bir qərar gələcəkdə əmək bazarına, cəmiyyətə inteqrasiyaya və dil siyasətinə birbaşa təsir göstərəcək. Mənim fikrimcə, bundan sonra Azərbaycan dilində tədrisi prioritet olan fənlər bunlar ola bilər: Azərbaycan tarixi və ümumi tarix. Çünki tarix təkcə bir fənn deyil, həm də kimlik və dövlətçilik şüurudur. Tarixi dövlət dilində oxumayan gəncin emosional bağlılığı, siyasi-sosial fəallığı da zəifləyə bilər. Həmçinin coğrafiya və həyat bilgisi kimi fənlər ölkənin iqtisadiyyatı, bölgələri, resursları, hüquq və vətəndaşlıq mövzuları Azərbaycan dilində mənimsənməlidir ki, gənc sonradan dövlət institutlarında, biznesdə və cəmiyyətdə özünü yad hiss etməsin".

Müsahibimizin sözlərinə görə uşağın ana və ya dövlət dilində güclü baza qurması həm akademik nəticələri yaxşılaşdırır, həm də ikinci dilin mənimsənilməsini asanlaşdırır:

"Bu qərarın mahiyyəti də rus dilini sıxışdırmaq deyil, hər iki dili yaxşı bilən güclü və çevik nəsil yetişdirməkdir. Vacib məqam ondan ibarətdir ki, bu keçid tədricən və peşəkar şəkildə həyata keçirilməlidir. Müəllim hazırlığı, dərsliklər və qiymətləndirmə mexanizmi əvvəlcədən düşünülməsə, həm müəllimlər, həm də şagirdlər üçün proses çətin ola bilər. Unutmamalıyıq ki, rus bölməsində oxuyan şagird sabah Azərbaycan universitetində, dövlət orqanlarında və ya özəl sektorda problemsiz fəaliyyət göstərə bilməlidir. Bunun yeganə yolu isə dövlət dilində real, işlək bilik və ünsiyyət bacarığının formalaşdırılmasıdır. İlk olaraq deməliyəm ki, bir azərbaycanlı kimi mən də rus bölməsində Azərbaycan dilinin genişləndirilməsini doğru və zəruri hesab edirəm. Lakin bu, şüarçılıqla deyil, planlı, elmi əsaslı və insanı yormayan şəkildə həyata keçirilməlidir. Əks halda, yaxşı niyyət praktiki problemlərə çevrilə bilər", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri