Icma.az
close
up
RU
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı bu yaxınlarda “Neft, tamah və milyonlar səltənətində” tamaşasının premyerasını keçirib. Qonaq rejissor Konstantin Soldatovun rejissorluğu ilə səhnələşdirilən teatr tamaşası dramaturq İsmayıl İmanın postmodern pyesi əsasında hazırlanıb.

K. Soldatov AZƏRTAC-a verdiyi müsahibədə tamaşaçıları teatrda səyahətə çıxaran bu kvest-tamaşanın hazırlanması prosesini təsvir edib.

“Teatrda səyahət yaratmaq ideyası Rus Dram Teatrının direktoru Oleq Əmirbəyovdan gəlib. Mənim vəzifəm səhnələr üçün yerləri və perspektivləri müəyyənləşdirmək və onları teatrın interyerinə inteqrasiya etmək idi. Bəzi səhnələr auditoriyada və foyedə, digərləri pilləkənlərdə və səhnə arxasında - adətən tamaşaçılar üçün əlçatmaz olan yerdə, bəziləri isə hətta səhnənin altında - bütün aktyorların ziyarət etmədiyi bir məkanda baş verir.

İş olduqca maraqlı, lakin çətin idi - xüsusən də texniki xidmətlər üçün mürəkkəb hallar olurdu. Çünki hər məkanın işıqlandırmaya, bəzilərinin səsə, digərlərinin isə effektlərə ehtiyacı vardı. Bütün bu layihə texniki heyətin və aktyorların əlaqələndirilmiş iş prosesini tələb edirdi”, - deyə rejissor qeyd edib.

Tamaşanın süjeti reallıqda mövcud olmuş, amma indi itirilmiş “Neft və milyonlar səltənətində” (1916) filminin yaradılmasının uydurma hekayəsinə əsaslanır. Kinorejissor Boris Svetlov kəskin süjetli film çəkmək üçün Bakıya gəlir. Baş rolu məşhur teatr aktyoru, tamaşaçıların sevimlisi Hüseyn Ərəblinskinin oynaması nəzərdə tutulur. Lakin çəkilişlərə başlamazdan dörd gün əvvəl o, izsiz-soraqsız yoxa çıxır. Svetlova qoçu Rəcəbəli kömək edir və onlar birlikdə Ərəblinskini axtarmağa yollanırlar.

Pyesin müəllifi İ. İman AZƏRTAC-a açıqlamasında bu materiala müraciət etməsinin səbəbi barədə danışıb.

“Mən həmin dövrü yaxşı bilirəm; onu araşdırmışam və üzərində işləmişəm. Ümumiyyətlə, XIX əsrin sonları və XX əsrin birinci rübündəki Bakı dövrünü çox maraqlı hesab edirəm. İstənilən müəllif üçün keçmişə müraciət etmək bizim dövrümüzlə dialoqdur. Bu tamaşada həm də bu günümüz haqqında danışmaq istədim. 1916-cı il anturajına baxmayaraq, bizim dövrümüzün əks-sədası göz qabağındadır və asanlıqla hiss olunur”, - deyə dramaturq vurğulayıb.

Tamaşada Svetlov və Rəcəbəli rollarını Azərbaycanın Əməkdar artistləri Teymur Rəhimov və Murad Məmmədov ifa edirlər. Həmçinin Rəşad Əliyarov, Zaur İsgəndərov, Rumiyyə Ağayeva, İlkin Mehdiyev, Nadir Əbdürəhimbəyov, Yaqub Zeynalov, Fidan Ağaverdiyeva, Rüfət Əliyev, Tamerlan Abdullayev, Səma Vəliyeva və Dilarə Nəzərova da tamaşada rol alıblar.

Müəllif - Anara Axundova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri