Icma.az
close
up
RU
Rus dronları Polşa sərhəddini keçsə də...

Rus dronları Polşa sərhəddini keçsə də...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NATO gözləmə mövqeyindədir: 4-cü maddə işə düşdü

Xəbər verildiyi kimi, sentyabrın 9-dan 10-na keçən gecə Rusiyaya məxsus pilotsuz təyyarələr kütləvi şəkildə NATO üzvü olan Polşanın hava məkanına daxil olub. Vurğulanır ki, hava təhlükəsinin qarşısını almaq üçün aviasiya işə cəlb edilib. Məlumata görə, gecə təxminən saat 1 radələrində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hücum pilotsuz təyyarələrinin Ukrayna sərhədini keçərək Polşanın hava məkanına keçdiyini açıqlayıb. Rusiya pilotsuz təyyarələri Zamosk şəhəri istiqamətində hərəkət edirmiş. Bu şəhər Ukrayna sərhədindən təxminən 60 kilometr aralıda yerləşir. Həmçinin gecə saatlarında monitorinq kanalları yazıb ki, Rusiyanın daha bir neçə pilotsuz təyyarə qrupu Polşa sərhədini keçə bilərdi - bu prosesdə 10-dan çox “Şahed” iştirak edib. Daha sonra Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün hərbi hava qüvvələrinin hərəkətə keçdiyini bildirib. Yerüstü hava hücumundan müdafiə və radar tanıma sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Bundan əlavə, Flightradar24 xidmətinin məlumatları “F-35” döyüş təyyarəsinin də Polşa hava məkanında olduğunu göstərib. Qeyd edək ki, dronlar sərhəddi keçən kimi təhlükə səbəbindən Polşada dörd hava limanının hava məkanı bağlanıb. Əvvəlcə  Rzeşova, sonradan isə Lublin, Varşava və Modlin hava limanları bağlanıb. Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatına görə, ən böyük təhlükə altında olan voyevodalıqlar Podlaskie, Mazowieckie və Lublin olub.

Hadisəyə Polşanın Baş naziri Donald Tusk da münasibət bildirib. O, rus PUA-larının ölkə ərazisinə daxil olmasını pisləyərək, bir sıra pilotsuz aparatların Polşa hava qüvvələri tərəfindən vurulduğunu açıqlayıb. Tusk vurğulayıb ki, Polşa bu cür təhlükələrə qarşı NATO müttəfiqləri ilə birlikdə adekvat cavab verməkdə qərarlıdır. Baş nazir NATO rəhbərliyinə məlumat verərək hadisəni “polşalılara qarşı təcavüz aktı” adlandırıb.

NATO-dan xəbərdarlıq - araşdırılır...

Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, məsələ ətrafında müzakirələr davam etməkdədir. Belə ki, bir çox siyasi dairələrdə baş verənlər Kremlin NATO-ya meydan oxuması kimi dəyərləndirilib. Bu mənada, dünyanın bəzi qlobal analitik mərkəzləri NATO-Rusiya qarşıdurmasının daha da yaxınlaşma anonsu ilə çıxış edib. Amma deyəsən, NATO tamam fərqli mövqedədir. Belə ki, NATO Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına daxil olmasını hücum kimi qiymətləndirməyib. “Reuters” alyansdakı mənbəyə istinadən bildirib ki, ilkin məlumatlara görə, 6-10 rus PUA-sı qəsdən Polşa hava məkanına daxil olub. Mənbə əlavə edib ki, bu, ilk dəfə idi ki, NATO təyyarələri müttəfiqin hava məkanında potensial təhlükəli obyektlərlə qarşılaşıb. Bölgədə yerləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemləri radardan istifadə edərək PUA-ları aşkarlayıb, lakin onlar vurmaq üçün istifadə edilməyib. Əməliyyata Polşanın “F-16” qırıcıları, Niderland “F-35”ləri, İtaliyanın AWACS təyyarələri və NATO-nun havada yanacaq dolduran təyyarələri cəlb olunub. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas baş verənləri təsadüfi deyil, qəsdən Avropa hava məkanının pozulması adlandırıb. Polşa hökuməti NATO müqaviləsinin 4-cü maddəsinin işə salınmasını tələb edib. Baş naziri Donald Tusk parlamentdə çıxışı zamanı bu barədə məlumat verib. Xatırladaq ki, 4-cü maddə üzv dövlətlərə Şimal Atlantika Şurasında məsələ qaldırmaq və ölkənin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhdid olub-olmadığını müəyyənləşdirmək üçün müzakirələr aparmaq imkanı yaradır. “Şübhə yoxdur ki, bu təxribat Polşanın mövqeyindən əvvəlkilərlə müqayisədə daha təhlükəlidir. Bu, sadəcə ukraynalıların müharibəsi deyil, Rusiyanın bütün azad dünyaya elan etdiyi qarşıdurmadır”, - deyə Tusk vurğulayıb.

NATO-nun Baş katibi Mark Rutte jurnalistlərə müsahibəsində insidenti son dərəcə təhlükəli adlandırıb. O bildirib ki, NATO Polşanın hava məkanının pilotsuz təyyarələr tərəfindən pozulmasını araşdırır, bunun qəsdən və ya təsadüfi olub-olmadığı hələ aydın deyil. Ruttenin sözlərinə görə, NATO-nun müttəfiqləri Polşanın xahişi ilə NATO Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq toplantı keçiriblər. Onun fikrincə, ölkənin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa, alyansın istənilən üzvü digər müttəfiqlərlə məsləhətləşmələrə başlaya bilər. Rutte vurğulayıb ki, NATO-nun hərbi komandanlığı bütün şərq cinahı boyunca çəkindirmə və müdafiə sisteminin fəal şəkildə idarə olunması üzrə fəaliyyətini davam etdirəcək. “Bizim hava hücumundan müdafiəmiz daim tam hazırlıq vəziyyətindədir”, -deyə o əlavə edib.

Bu hadisənin NATO-nun əhəmiyyətini və Haaqa Sammitində qəbul edilən yol xəritəsinin vacibliyini bir daha təsdiqlədiyini vurğulayan M.Rutte bildirib: “Biz müdafiəyə daha çox sərmayə qoymalı, müdafiə istehsalını artırmalı, çəkindirmə və müdafiə üçün lazım olan vasitələrə malik olmalı və təhlükəsizliyi bizimki ilə sıx bağlı olan Ukraynanı dəstəkləməkdə davam etməliyik”.

5-ci maddə niyə işə düşmədi?

Bəzi siyasətçilər isə baş verənlərin 4-cü maddə ilə tövsif olunmasının əleyhinədirlər. Onların fikrincə, baş verənlər daha çox 5-ci maddə ilə cavablandırılmalıdır. Qeyd edək ki, əgər 4-cü maddə kollektiv müdafiəni nəzərdə tutursa, 5-ci maddə daha fərqlidir - 5-ci maddə bir üzv ölkəyə silahlı hücum baş verərsə, bütün NATO ölkələrinin ona hərbi yardıma gəlməsini öhdəlik kimi təsbit edir. NATO-nun 5-ci maddəsi (Kollektiv müdafiə prinsipi) 1949-cu ildə alyans yaradılarkən qəbul edilib və onun ən güclü təminat mexanizmi sayılır. Bu maddəyə görə, bir üzv dövlətə silahlı hücum bütün NATO ölkələrinə hücum hesab olunur. Vurğulayaq ki, bundan öncə də Rusiya dronlarının Polşa sərhədini keçməsi kimi “hava məkanı pozuntusu” və ya təsadüfi zərbələr müşahidə olunub - amma onlar da NATO-nun 5-ci maddəsini işə salmağa gətirib çıxarmayıb. Məsələn 2022-ci ilin noyabrında Polşanın Prjevodov kəndinə düşən raket 2 nəfərin ölümünə səbəb olub. Raketin əvvəlcə Rusiyanın atdığı iddia olunsa da, sonradan Ukraynanın hava hücumundan müdafiə raketi olduğu təsdiqlənib.

NATO 5-ci maddəsinin işlədildiyi yeganə nümunə isə 11 sentyabr 2001-ci il terror aktları zamanına təsadüf edir. ABŞ-a hücumdan sonra NATO tarixində ilk və indiyədək yeganə hal kimi 5-ci maddə işə düşdü. NATO ölkələri ABŞ ilə birgə Əfqanıstan əməliyyatlarına qatıldı. Analitiklər 5-ci maddənin işə düşməsi üçün ən vacib şərt kimi hadisənin NATO ərazisinə birbaşa və qəsdli hücum olması ilə ölçürlər -  “sərhəd pozuntusu” və ya təsadüfi raket hücum sayılmır.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see559

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see350

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see312

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see311

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see306

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see285

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see281

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see277

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see253

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see252

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see251

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see247

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see245

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see243

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see240

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see240

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see225

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see215

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see212

Azərbaycan qocalır: 26 ildə yaşlıların sayı 2,6 dəfə artıb

29 Avqust 2026 15:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri