Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

5 ilə nələr dəyişdi? Fotolar

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər Amma Ukraynanı suçlayırlar

Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər Amma Ukraynanı suçlayırlar

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Dünən Bakıdan Qroznıya uçan, ancaq Qazaxıstanın Aktau şəhərinin yaxınlığında yerə çırpılan təyyarənin qəzaya uğraması səbəbləri barədə bütün dünyada olduğu kimi, Rusiya mediasında da müxtəlif şərhlər var.

Rusiya mediası ümumilikdə “Embraer E190” təyyarəsinin qəzasını “müəmma dolu hadisə” adlandırır.

“Moskovski komsomolets” qəzeti təyyarənin gövdəsindəki kiçik deşikləri əks etdirən videodan bəhs edərək bildirir ki, bu zədələrin ölçüsü yunan qozu ilə müqayisə edilə biləcək ölçüdədir. “Mütəxəssislər qeyd edirlər ki, belə xəsarət mərmilərin təsirinin izləri ola bilər. Federal Hava Nəqliyyatı Agentliyinin ilkin məlumatlarına görə, insident təyyarənin quşlarla toqquşmasından sonra baş verib”, qəzet yazır.

Bununla belə, “MK” söhbəti Ukraynanın üzərinə fırlayır və qeyd edir ki, bu ölkənin pilotsuz təyyarələrinin Çeçenistandakı hədəflərə hücumları fonunda Bakı-Qroznı reysinin marşrutunu dəyişməsi faktını nəzərdən qaçırmaq olmaz: “İnsidentlə bağlı versiyalardan biri təyyarənin silah və ya pilotsuz uçan aparat tərəfindən zədələnmiş ola biləcəyidir”.

Hərbi ekspert, istefada olan polkovnik-leytenant Andrey Maroçko AZAL-ın təyyarəsinin qəzası barədə danışaraq aif.ru-ya müsahibəsində deyib ki, bu zədələr pilotsuz uçuş aparatlarının kaset və ya qəlpə başlıqları ilə təchiz edilən yeni sursat növləri ola bilər. O, izah edib ki, belə dronlar hədəfdən müəyyən məsafədə peyk rabitəsindən istifadə edərək partlayış törətməyə, onu vurmağa qadirdir.

Hərbi ekspert Vasili Dandıkin qeyd edib ki, hərbi mərmilər adətən təyyarələrin mühərrik hissəsindən dəyir, lakin zədələr “Embraer E190” təyyarəsinin quyruğunda aşkar edilib. O, qeyd edib ki, əgər təyyarə, məsələn, güclü hava hücumundan müdafiə sistemi ilə vurulsaydı, zərbə mühərrikə dəyərdi. Ona görə də quyruqda görünən zədələr əlavə araşdırma tələb edir. Ekspert vurğulayıb ki, daxili partlayış ehtimalı da var, lakin hətta təyyarə qəzalarında son dərəcə nadir hallarda baş verən sağ qalan şahidlər arasında baş verənlərə dair heç bir aydın ifadə yoxdur.

Dandıkin hadisənin bütün hallarını aydınlaşdırmaq üçün Qazaxıstan, Azərbaycan və Rusiyadan olan mütəxəssislərin daxil olduğu istintaq qrupunun birlikdə işləyəcəyini və bütün suallara birgə cavab tapa biləcəyinə əmin olduğunu bildirib. O, 2014-cü ildə Donbassda cəza əməliyyatının başlanğıcında Rusiyanın təqdim etdiyi sübutların nəzərə alınmadığı bir vaxtda vurulan “Boinq” qəzası hadisəsini xatırladaraq, istintaqı konkret kimin aparacağının da vacib olduğunu əlavə edib. (Qeyd edək ki, beynəlxalq birlik həmin qəzanın Rusiyaya işləyən ukraynalı separatçılar tərəfindən törədildiyinə dair yekun rəyə gəlib – red.)

Mütəxəssis eyni zamanda qeyd edib ki, təyyarə ilə dron arasındakı sürət fərqi nəzərə alınsa, təyyarənin hədəfə alınmış pilotsuz uçuş aparatının zərbəsi ilə vurulması ehtimalı azdır. O, izah edib ki, təyyarə yerə enərkən belə onun sürəti xeyli yüksək olub. Bununla belə, Dandıkin qeyd edib ki, Ukrayna pilotsuz təyyarələri Qərb, o cümlədən Almaniyadan alınan avadanlıqların tədarükü sayəsində həqiqətən təkmilləşib. Ekspertin fikrincə, pilotsuz təyyarələrin diapazonunun artması və reaktiv modellərin meydana çıxması yeni çağırışlar yaradır və bu cür hadisələrin təhlili zamanı nəzərə alınmalıdır.

Xəritələrə əsasən, Qroznı ilə Zaporojye arasındakı məsafə təxminən 960 kilometrdir. Vasili Dandıkin qeyd edir ki, müasir Ukrayna pilotsuz təyyarələri Qərb texnologiyaları sayəsində belə məsafələri qət etməyə qadirdir.

Hərbi ekspertin sözlərinə görə, bu gün pilotsuz təyyarələr süni intellektdən istifadə etməyə başlayır ki, bu da onlara maneələrdən və hava hücumundan müdafiə obyektlərindən yayınaraq marşrutu idarə etməyə kömək edir. Bu cihazlar hündürlüyü lazımi yerlərdə aşağı sala və hədəfini dəqiq şəkildə təqib edə bilər.

Mütəxəssis iki qrama qədər partlayıcı daşıya bilən və hədəfi dəqiq vura bilən miniatür həşərat böyüklüyündə pilotsuz təyyarələrin yaradılması ilə bağlı şayiələrə də toxunub. Onun sözlərinə görə, bəşəriyyət, təəssüf ki, məhvedici silahların yaradılmasında böyük uğura nail olub, minik avtomobilləri kimi dinc texnologiyaların inkişafı isə daha çətindir.

Dandıkin həmçinin qeyd edib ki, Rusiya ərazisində ukraynayönlü qruplar fəaliyyət göstərə bilər, bu, tez-tez terror aktlarına cəhd və bankomatların yandırılması ilə təsdiqlənir.

Digər rus ekspertlər fəlakətin Ukrayna qüvvələrinin Qroznıya yeni hücumu fonunda baş verdiyini vurğulayırlar. Əgər Çeçenistanda dron zərbələri olmasaydı, 38 nəfərin faciəli ölümündən qaçmaq olardı.

Göründüyü kimi, rusiyalı ekspertlər “Embraer 190” təyyarəsinin texniki nasazlıq səbəbindən qəza uğraması versiyasını kənara qoyur, təyyarənin vurulması versiyasını real hesab edir, ancaq buna görə məsuliyyəti Ukrayna tərəfinin üzərinə yükləməyə çalışırlar.

Rusiya hökumətinin rəsmi kursu da belə olacaqsa, o zaman bu faciəvi qəzaya görə məsuliyyəti heç bir ölkə daşımayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Dekabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see435

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see294

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see185

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see156

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see134

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see133

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see125

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri