Icma.az
close
up
RU
Rus erməni ittifaqı: “Gizli qapı” niyə bağlanmır?

Rus erməni ittifaqı: “Gizli qapı” niyə bağlanmır?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Qərb dövlətlərinin Ermənistana münasibətdə ikili standarta yol verməsindən danışıb.

Dövlət başçısı bildirib ki, Ermənistanın Rusiyaya qarşı beynəlxalq sanksiyaları pozması faktına göz yumulur: 

“Ermənistanı güclü şəkildə dəstəkləyən və daim Ermənistan üçün geosiyasi baxımdan çətinliklərdən, guya bəzi ölkələrin onun maraqlarına zərər vurmaq istəməsindən şikayət edən bir qrup ölkənin lideri ilə görüşərkən həmişə deyirəm: 

“ÜDM-ə baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın”. Rusiya-Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu, artıq hər şeyi açıq şəkildə göstərir. 

Bu, sanksiyalardan yayınma mexanizmidir - onların dediyi kimi, paralel idxal və ya “boz zona” idxalıdır. Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi, nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar mövzusuna toxundu. 

Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil, - biz bunu etmirik, - o, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır”. 

Azərbaycan Prezidentinin qeyd etdiyi vəziyyət bu gün də davam edir və Ermənistan kimi ölkələr Rusiyanın gizli ticarət yolu ilə gəlir əldə etməsinə şərait yaradır. 2022-ci ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollar təşkil etdiyi halda 2023-cü ildə bu göstərici 4 dəfədən çox artaraq 8,4 milyard dollara çatdı. 2024-cü ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 11,7 milyard dollar təşkil edib. 

Əslində, bu rəsmi sənədlərdə əksini tapmış rəqəmlərdir. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu yaxınlarda verdiyi açıqlamaya görə, 2024-cü ildə Ermənistanla qarşılıqlı ticarətin həcmi əslində 15,4 milyard dollar olub. 2025-ci ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi azalsa da, Rusiya-Ukrayna müharibəsinin başlandığı dövrlə müqayisədə 3 dəfə artım qeydə alınıb və 6 milyard dollar təşkil edib. 

Bu da Rusiyanın daha çox Çin, Hindistan, eləcə də digər Asiya ölkələri ilə idxal-ixrac əməliyyatlarına üstünlük verməsi və Ermənistanın ticarət mübadisəində diversifikasiyaya nail olmaq istəyi ilə bağlıdır. Ümumilikdə isə Ermənistan Rusiya üçün sanksiyalardan yayınmaq və xarici bazarlara çıxış əldə etməkdə hələ də “gizli qapı” rolunu oynayır. 

Avropa və ABŞ xüsusi xidmət orqanları bu barədə məlumatlara malik olsalar da, Ermənistana qarşı heç bir tədbir görülmür. Hətta 2023-cü ildə Ermənistanın Avropa ölkələrindən daxili tələbatdan artıq məişət avadanlığı idxal edərək Rusiyaya ötürdüyü məlum olmuşdu. Rusiyanın isə həmin texnikanın mikrociplərini Ukraynaya qarşı hərbi əməliyyatlarda atılan raketlərin istehsalında istifadə etdiyi aşkara çıxmışdı. 

Lakin Qərb Rusiya ilə əməkdaşlıq edən Özbəkistan, Qazaxıstan və Belarus şirkətlərinə sanksiyalar tətbiq etdiyi halda Ermənistana qarşı hər hansı tədbir görmədi. Ermənistanın ixracatında son illər qızıl və brilliantın həcminin artması da qeyd edilən səbəblə bağlıdır. 

Rusiya istehsalı olan qızıl və brilliant Ermənistan məhsulu adı ilə xarici bazarlara çıxarılır. Rusiya hakimiyyəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında siyasi səmimiyyətin yaranmasının səbəbi sözügedən səbəblə bağlıdır. 

Prezident Vladimir Putin digər məsələlərdə mövcud olan bütün fikir ayrılılıqlarına baxmayaraq, bütün görüşlərdə Nikol Paşinyana ticarət dövriyyəsinin sürətlə artmasına görə təşəkkür edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri